Rus oliqarx Qazaxıstanda ən böyük vergi ödəyicisi olacaq – İLGİNC DETALLAR
Qazaxıstanın Jambıl vilayətində Rusiyanın "EuroXim" şirkəti tərəfindən gübrə istehsalı kompleksi tikiləcək. Məsələ burasındadır ki, həmin kompleksin tikintisinə nəzarəti sanksiyaya məruz qalmış rusiyalı oliqarx Andrey Melniçenko həyata keçirəcək.
KONKRET.azxəbər verir ki, kompleksin tikintisi Melniçenko ABŞ və bir sıra dövlətlər tərəfindən sanksiyalara məruz qalmamışdan qabaq başlamışdı. Hazırda "EuroXim" irimiqyaslı investisiya layihəsinin yalnız birinci mərhələsini həyata keçirib: 126 milyon ABŞ dolları sərmayəsi olan dağ-mədən kompleksi layihəsinə tam həcmdə 1 milyard dollardan çox sərmayə qoyulacaq.
"EuroXim" həmçinin Qazaxıstanda iki avtomatlaşdırılmış qazpaylayıcı stansiya tikir ki, bu da Sarısu və Şura rayonlarında 32 yaşayış məntəqəsini, Moyinkum rayonunda isə 24 yaşayış məntəqəsini əhatə edir.
Hesab olunur ki, "EuroXim-Karatau" MMC-nin istehsal etdiyi gübrələrin tərkibində azot, fosfor, kalium olacaq və qazaxıstanlı fermerlərin tələbatını ödəyəcək.
Xatırladaq ki, "EuroXim" Qazaxıstanda 2008-ci ildən, ilk dəfə "Sarı-Taş" SC-nin dövlət payını əldə etdiyi vaxtdan fəaliyyət göstərir, o vaxta kimi kimya sənayesi üçün mineral xammal hasil edən müəssisə 15 il fəaliyyətsiz idi.
"EuroXim"in zavodu indi hansı şərtlərlə tikəcəyi hələlik məlum deyil. Bir neçə il davam edən layihənin müzakirəsi zamanı Qazaxıstan Rusiya investorlarını korporativ gəlir vergisindən, əlavə dəyər vergisindən, əmlak və torpaq vergisindən azad etməyi planlaşdırırdı.
Paytaxtın hökumət dəhlizlərində deyildiyi kimi, oliqarx Melniçenkonun hazırda yaşadığı bütün çətinliklərə baxmayaraq, o, xərclərin subsidiyalaşdırılmasından imtina etməyəcək. Öz növbəsində Qazaxıstan hakimiyyəti "EuroXim"lə işləyəcək.
Rusiyanın bir çox bölgələrinə səpələnmiş bir çox kimya zavodlarını özündə birləşdirən "EuroXim"in idarəetmə strukturunu və bütün bu zavodların faktiki olaraq İsveçrədə qeydiyyatdan keçmiş "EuroXim Group AG" tərəfindən idarə olunması faktını nəzərə alsaq, Melniçenkonun heç bir problemi yoxdur.
Üstəlik, Melniçenko belə bir addım atsa və Qazaxıstanın ən böyük vergi ödəyicilərindən biri olmağa razılaşsa, gələcəkdə ona hətta iki yerli gübrə istehsalçısını – ən böyük gübrə istehsalçısı və yeganə ammonyak və ammonium istehsalçısını – KazAzot MMC-ni özəlləşdirməyə icazə verilə bilər. Qazaxıstanda nitratı istehsal edən müəssisə əvvəllər Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin kürəkəni, oliqarx Timur Kulibayev və Qazaxıstanın birinci prezidenti Axmetjan Yessimovun qohumu tərəfindən idarə olunurdu.
Hazırladı Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"