Rus ordusu "kor" oldu: Ukrayna sürətlə hazırlaşır
Cəbhədən daxil olan məlumatlar Rusiya hərbi bölmələrinin idarəetmə qabiliyyətində çox ciddi dərəcədə zəifləmə olduğunu göstərir. Rusiya qüvvələrinin "Starlink" peyk rabitəsindən məhrum qalması ilə bağlı xəbərlər fonunda koordinasiyada ciddi problemlər qeydə alınır. Rusiya Teleqram kanalları "dost atəşi" hallarının ilk nümunələri barədə məlumat verir. Xüsusilə Zaporojye istiqamətində idarəetmə səhvləri nəticəsində, təsdiqlənməmiş məlumatlara görə, 12-yə qədər rus hərbçisi həlak olub. Bu cür insidentlər rabitə və komandanlıq sistemində baş verən struktur pozuntularının birbaşa göstəricisidir.
KONKRET.azxəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, cəbhənin şimal-şərq istiqamətində də yeni dinamika müşahidə olunur:
"Xarkov vilayətində qısa müddət ərzində USQ ən güclü döyüş qabiliyyətli hissələri cəmləşdirilir (83-cü, 3-cü, 125-ci briqadalar və s).
Sözügedən briqalar Qərbin ən müasir texnikası ilə təchiz olunmaqla yanaşı, Qərbdə təlimlərdən keçən ən peşəkar hərbçilərdən ibarətdir və USQ-nin elitası sayılır.
Bu qüvvələrin cəmlənmə və rotasiya sürəti müdafiə xarakterli tədbirlər üçün qeyri-adi görünür. Rusiya ordusunda idarəetmə böhranı fonunda bu cür hərəkətlər Ukrayna tərəfinin aktiv əməliyyatlara hazırlaşa biləcəyinə işarə edir. Bir tərəfdə komandanlıq və rabitə sisteminin deqradasiyası, digər tərəfdə isə ən elit qüvvələrinin cəmləşməsi USQ-nin yeni əks-hücum əməliyyatına başlayacağına ehtimal yaradır".
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq