Rus sülhməramlıları istəsə də, istəməsə də Azərbaycanı tərk edəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ildə Qarabağı tərk edəcəyini bildirib.
Ərdoğan qeyd edib ki, razılıq bu formadadır. O Rusiyanın da razılığın şərtlərinə sadiq qalacağına ümid etdiyini deyib.
2025-ci ildə rus sülhməramlılarını Qarabağdan çıxması mümkün görünürmü?
Mövzu ilə bağlı Ağ Partiyanın sədri Tural Abbaslı azxeber.com-a açıqlama verib.
Partiya sədri bildirib ki, üçtərəfli bəyannaməyə əsasən 2025-ci ildə sülhməramlıların Azərbaycan ərazisindən varlığının müddəti bitir:
"Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması vacib məsələdir. Azərbaycan əgər etiraz etməzsə, 5 il daha uzana bilər. Ancaq Azərbaycan hökümətinin indiki mövqeyini analiz etdikdə görmək olar ki, Rusiyanın 2025-ci ildə Azərbaycan ərazilərini tərk etməsinin tərəfdarıdır. Görünən odur ki, Azərbaycan höküməti daha 5 il onların müddətinin uzadılmasına imkan verməyəcək. Məhz Ərdoğanın buna münasibət bildirməsini vacib bəyanat hesab edirəm.
Nəzərə alsaq ki, Ərdoğanla Putin arasında Qarabağla bağlı müxtəlif zamanlarda müzakirələr gedir. Məncə, Ərdoğanın bu açıqlaması Putinlə danışılımış mövzudur. Ərdoğan da bunu açıqlayaraq, cəmiyyəti məlumatlandırır"
Tural Abbaslı Rusiya prezidenti Vladimir Putinin də Ərdoğanın bəyanatına etiraz etməyəcəyini düşür:
"Gələn ay Ərdoğanla Putinin görüşü var. Mümkündür ki, orada da bu məsələ müzakirə edilsin. Bu Rusiyaya bir mesajdır. Azərbaycan və Türkiyə rus sülhməramlılarının regionda 2025-ci ildən artıq olmasında maraqlı deyil. Ümid edirəm ki, 2025-ci ildə rus sülhməramlıları istəsələr də, istəməsələr də Azərbaycanı tərk edəcəklər".
Şəbnəm Zahir

"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi