Rus-Ukrayna müharibəsi nə vaxt bitəcək? - Ekspert açıqladı

Rus-Ukrayna müharibəsi nə vaxt bitəcək? - Ekspert açıqladıUkrayna müdafiə naziri Oliksiy Reznikov mediaya açıqlamasında Rusiya ilə heç vaxt danışıqlara getməyəcəklərini deyib. Onun sözlərinə görə, Rusiyanın nüvə ilə bağlı çıxışları sadəcə blefdir və bununla istəklərinə nail ola bilməyəcəklər. Hələ sonu görünməyən bir münaqişə olaraq qalan Rusiya-Ukrayna müharibəsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Müdafiə nazirinin bu fikri isə yeni suallar doğurur.
Münaqişə yalnız hərbi yollamı həll olunacaq? Ümumiyyətlə, müharibə nə zamana kimi davam edəcək?
Rus-Ukrayna müharibəsi nə vaxt bitəcək? - Ekspert açıqladıYeganə Hacıyeva, politoloq
Mövzunu KONKRET.az-a şərh edən politoloq Yeganə Hacıyeva deyir ki, hazırda Ukraynanın danışıqlar masasına oturması qəbuledilməzdir:
Bu şərtlər altında heç bir danışıqlar aparıla bilməz. Ukrayna əraziləri işğal olunduğu halda danışıqlara getmək isə bu işğalla barışmaq deməkdir. Rusiya Ukraynanın bir neçə vilayətini işğal edib. İşğal olunmuş üç ərazidən birini ilhaq edib və öz dövlət ərazisinə qatıb. Digər iki ərazisinin isə müstəqilliyini tanıyıb və keçirdikləri psevdo referendumdan sonra Rusiyaya birləşmək "qərarı" alıblar. Üç bölgə işğal altında olduğu halda danışıqların aparılmasının bir mənası yoxdur. Bu Ukrayna üçün həm də qəbuledilməzdir. Əgər bu ərazilər işğal altında qalacaqdısa, müharibəni davam etdirməyin mənası nə idi?
Bununla yanaşı, danışıqların aparılması Rusiyanın özü üçün də əhəmiyyətlidir. Bu gün Ukraynanı danışıqlara məcbur etmək istəyən ölkələr çoxdur.
Yəni razılaşmanın əldə olunması ilə bağlı fikirlər müharibənin ilk günlərindən başlayıb. Bu gün də Avropanın bir sıra ölkələri Ukraynanı danışıqlara məcbur etmək istəyirlər. Amma bu şərtlər altında danışıqlar Ukraynaya lazımdırmı? Əlbəttə, lazım deyil. Çünki məsələnin bu mərhələsində sülh danışıqları aparılacaq mühit yoxdur. Əks halda bu, Ukraynanı ədalətsiz müharibədə sülhə məcbur etmək kimidir.
Y.Hacıyeva əlavə edib ki, qarşıdakı aylarda proseslərin gedişatında ciddi məqamlar olacaq:
Məsələnin hərbi yolla həll oluması artıq yeganə yoldur. Çünki Rusiyanın da işğal altında olan ərazilərdən çəkilmək fikiri yoxdur. Müharibənin sürətlənməsi üçün isə bütün addımlar atılıb. Yayın birinci ayına qədər Rusiya-Ukrayna münasibətlərində ciddi proseslərin baş verəcəyi gözlənilir. Artıq müharibənin yekun mərhələsinə giririk. Mart ayının sonundan biz bunun daha çox şahidi olacayıq.
Fidan Ali,
KONKRET.az

Siyasi       Tarix: 03 mart 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


son xeberler azerbaycan xeberleri yeni xeberler sosial yardim butun xeberler az xeber cəbhədən son xeber