"Rusiya ATƏT PA-ya "əlvida" deməlidir"
Rusiya ATƏT Parlament Assambleyası (PA) ilə vidalaşmalıdır, çünki təşkilatda müstəqillik yoxdur, lakin siyasiləşmə var.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin palatanın plenar iclasında bildirib.
"Gəlin özümüz üçün qərar verək, ATƏT PA-ya "əlvida" deməyin vaxtıdır. Təşkilat qətiyyən müstəqil deyil, siyasiləşib. Onlar Vaşinqtonun bütün rəqslərini ifa edirlər – biz orada nə edək?", – V.Volodin vurğulayıb.
Onun sözlərinə görə, bu vəziyyətdə ən pisi Rusiya nümayəndə heyətinin assambleya qarşısındakı maliyyə öhdəliklərini yerinə yetirməsidir: "Biz ən çox vəsait köçürənlərdənik. Ona görə də ATƏT PA-ya vəsaitlərin köçürülməsi dayandırılmalıdır. Onlar özlərinə gələnə qədər bizim orada işimiz yoxdur. Çünki istənilən parlamentlərarası strukturun işinin əsasında prinsiplər dayanmalıdır"./Report

Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi