Rusiya bu ölkənin hava məkanını pozdu

Rusiya bu ölkənin hava məkanını pozduLitva Prezidenti Gitanas Nauseda oktyabrın 23-ü axşam saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Litvanın hava məkanını pozduğunu bəyan edib.
KONKRET.az xəbər verir ki, Litva Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin "Su-30" qırıcı təyyarəsi və "İl-78" yanacaqdaşıyan təyyarəsi Kıbartay şəhəri yaxınlığında, Kalininqrad vilayəti ilə sərhəd zonasında – Litva hava sərhədini keçib. Təyyarələr təxminən 700 metr məsafədə Litva üzərində uçduqdan 18 saniyə sonra yenidən Rusiya ərazisinə qayıdıb.
Hadisədən dərhal sonra NATO-nun hava patrul missiyası çərçivəsində İspaniyaya məxsus iki "Eurofighter Typhoon" qırıcısı havaya qalxıb.
Litva Müdafiə Nazirliyi hadisənin havada yanacaq doldurma təlimi zamanı baş verdiyini istisna etmir.
Prezident Nauseda isə Rusiyanın bu addımını "beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulması" kimi qiymətləndirib:
"Bu hadisə Avropanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini bir daha göstərir," – deyə dövlət başçısı bildirib.
Litva Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndələrini çağıraraq "təhlükəli və məsuliyyətsiz davranışa" etiraz notası təqdim edəcək.

Hadisə       Tarix: 24 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Bakıda qayınana gəlinini döydü: cinayət işi açıldı

Bakıda qayınana gəlinini döyüb. -a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində baş verib. 46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Qaradağda məktəb direktorunun maşını yandırıldı

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. KONKRET.azapa-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi


yeni xeberler son xeberler azerbaycan xeberleri ensonxeberler xeber.az krimnal xeber maraqlı xəbərlər