Rusiya dəhşətli müharibəyə hazırlaşır, cəhhənnəm silahları İŞƏ SALINIR - Putinin sözçüsündən ŞOK
"Rossiya seqodnya" beynəlxalq informasiya agentliyinin baş direktoru, Vladimir Putinin sözçüsü kimi tanınan Dmitri Kiselyov ABŞ və Avropanı qorxuya salan açıqlamalar verib.
Publika.az xəbər verir ki, D.Kiselyov bildirib ki, Rusiya hər kəsi radioaktiv külə çevirməyə hazırdır.
"Rusiya silahlarını qərar qəbuletmə mərkəzlərinin yaxınlığında yerləşdirməklə dərhal cavab verməyə hazırlaşır. Biz qarşı tərəfə bundan qaçmağın və təhlükə yaratmamağın yolunu təklif edirik, əks halda Rusiya hamını radioaktiv külə çevirməyə hazırdır", - Kiselyov qeyd edib.
"Rusiyanın istədiyini əldə etmək üçün hər vasitəyə əl atmağa və hər cür nəticələrə hazır olduğunu deyən Kiselyov "21-ci əsrdə heç vaxt belə ciddi risklər olmayıb. Qeyri-standart vəziyyətlər qeyri-standart yanaşmalar tələb edir. Əlimizdə çox güclü kartlar var", - deyə əlavə edib.
Rusiyanın qırmızı xətlərini müdafiə etmək üçün güc tətbiq etməyə 100% hazır olduğunu qeyd edən D.Kiselyov bunun ölkəsi üçün "ölüm-qalım məsələsi" olduğunu vurğulayıb. Ukrayna ilə bağlı suala isə "Bəlkə də həqiqətən NATO ilə müharibənin astanasındayıq" deyib: "Əgər Ukrayna NATO-ya daxil olarsa və ya NATO orada hərbi infrastruktur inkişaf etdirsə, biz Amerikanın başına silah çəkəcəyik. Bizim bunun üçün hərbi potensialımız var".
Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə minlərlə əsgər və hərbi maşın yığaraq Avropa və NATO ilə müharibəyə hazırlaşdığı iddia olunur.
Akqabay
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var