Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiya

Rusiya dövlət televiziyasında Azərbaycan xəritəsinin təhrif olunmasına XİN-dən reaksiyaXarici İşlər Nazirliyi (XİN) Rusiya dövlət televiziyasnda Azərbaycan xəritəsinin təhrif olunmasına münasibət bildirib.
KONKRET.azxəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə jurnalistlərin suallarına cavabında bildirib.
A.Hacızadənin sözlərinə görə, 6 may tarixində Rusiya Federasiyasının dövlət kanalı olan "1-ci" kanalın "zaman göstərər" ("vremya pokajet") verilişində Azərbaycan Respublikasının təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq-Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır:
"Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətin, bunun heç zaman sual altına alınmadığının bəyan edildiyi Rusiya Federasiyasının öz dövlət televiziyasında köhnəlmiş, saxta və separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir.
Dövlətə məxsus media resurslarının məsuliyyətsiz və qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir".

Siyasi       Tarix: 08 may 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident qızları bir arada - Foto

Oktyabrın 20-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəs

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır

Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun və əməkdaşlığın daha da inkişafında maraqlıdır. xəbər verir ki, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Nemət Nağdəliyev Estoniya parlamentinin deputatı, Estoniya-Azərbayca

Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib

Bu gün Azərbaycanın İsveçrədəki səfiri Vaqif Sadıqov etimadnaməsini İsveçrə Konfederasiyasının prezidenti Gi Parmelinə təqdim edib. xəbər verir ki, bu barədə Azərbaycanın İsveçrədəki səfirliyinin "X" sosial şəbək

Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN

Azərbaycan Yaponiyanın dəyərli tərəfdaşı olaraq beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regionda sabitliyin qorunub saxlanılmasında və inkişafın təşviqində mühüm rol oynayır.  xəbər verir ki, bun

Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Ədliyyə naziri Fərid Əhmədov Azərbaycanda səfərdə olan Pakistanın Konstitusiya Məhkəməsinin sədri Amin-ud-Din Xan ilə iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlığı müzakirə ediblər. Bu barədə -a Ədliyyə Nazirliyindən məluma

Paşinyan azərbaycanlı çobandan danışdı

"Həmin şəxs sərhədi keçib, hərbçilər onu aşkar ediblər və Milli Təhlükəsizlik Xidmətinin orqanlarına təhvil veriblər". KONKRET.azxəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərzisin

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. KONKRET.azxəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendr

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub

Azərbaycanla Macarıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Azərbaycanın Macarıstandak

Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Xalq rəssamı Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər xeberler bugun idman xeberleri son xeber.az