Rusiya Erməniləri İttifaqının rəhbəri: Zəngəzur dəhlizinin ABŞ-a verilməsi Rusiya və Ermənistanın maraqlarına ziddir
Ermənistanın baş naziri Nikol Paşinyan sabah ABŞ-a planlaşdırılmış səfəri çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş zamanı "Zəngəzur dəhlizi" ilə bağlı memorandumu imzalaya bilər. Bu isə Ermənistanın maraqlarına cavab vermir.
KONKRET.az Musavat.com-a xarici agentliklərə istinadən xəbər verir ki, bunu RIA Novosti agentliyiə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan bəyan edib.
"Əldə olunan məlumatlara əsasən, böyük ehtimalla söhbət (Zəngəzur – red.) dəhlizindən (Naxçıvan ilə Azərbaycanın qalan ərazisi arasında – red.) gedəcək. Görünür, Əliyev Tramp ilə razılığa gəlib – amerikalılar üçün yaxşılıq edib – bu dəhlizi ABŞ-ın nəzarətinə verməyə razılaşıb. Yoxsa Paşinyanı ora niyə dəvət etsinlər? Paşinyan illərlə Tramp ilə görüşmək istəyirdi, amma indiyə qədər bu ona qismət olmamışdı", – deyə Abramyan bildirib.
O, mətbuatda dəhlizin ABŞ planına uyğun olaraq amerikalı hərbçilərin və ya özəl hərbi şirkətlərin (ÇVK) nəzarətinə veriləcəyi ilə bağlı məlumatların dərc olunduğunu da xatırladıb.
Abramyanın fikrincə, bu cür razılaşmalar Ermənistanın maraqlarına uyğun deyil. Ermənistan üçün daha sərfəli variant bu strateji əhəmiyyətli magistralın ya birbaşa özü tərəfindən, ya da Rusiya ilə birlikdə idarə olunması olardı.
"Bugünkü Ermənistanın marağı nədədir? Ermənistanın bu gün çoxsaylı sosial və iqtisadi problemləri həll etmək üçün maliyyə vəsaitinə ehtiyacı var. Bəs niyə bu yolu özümüz idarə etməyək? Bu, real və sabit gəlir mənbəyi ola bilərdi. Və ya Rusiya ilə birlikdə idarə edilə bilərdi. Amma yox, mütləq amerikalıları dəvət etmək lazımdır", – deyə o vurğulayıb.
O güman edir ki, Paşinyan bu addımı atarkən bəlkə də Azərbaycan, Türkiyə və ya ABŞ-dan şəxsi təminatlar alıb. "O, tamamilə Türkiyənin və Bakının diktəsi ilə hərəkət edir və onların maraqlarına uyğun davranır. Ola bilər ki, ABŞ-dan hansısa təminatlar alıb, amma onların bu cür təminatları necə yerinə yetirdiyini biz yaxşı bilirik", – deyə Abramyan əlavə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı