Rusiya Ermənistanda qarşıdurma HAZIRLAYIR

Rusiya Ermənistanda qarşıdurma HAZIRLAYIRQərbin Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxartmaq planı davam etdikcə şimal qonşumuz regionda qalmaq üçün hər cür təxribatlara əl atır. Sərhəddə və Qarabağda atəşkəsin pozulmasından tutmuş, hər cür siyasi manipulyasiyaya əl atan Rusiya əlindəki vasitələri buraxmaq niyyətində deyil. Bir neçə gün əvvəl Rusiya XİN-nin bəyanatında da bu elementlər aydın sezilirdi. Daha doğrusu, təhdid dolu bəyanatda Ermənistanı Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqda ittiham edirdi.
Deməli, Rusiyanın məqsədi aydındır. Ruslar danışıqlara mane olmaq və reinteqrasiya prosesini əngəlləmək, Qərbin təklif etdiyi Bərdə-Ağdam-Xankəndi humanitar yolunun açılmasının qarşısını almağa fokuslanıb. Bunun üçün Qarabağ ermənilərinin iştirakıyla mitinqlər təşkil edilir, Qərbin təşəbbüsü ilə keçirilən danışıqlar prosesini bloklamaq üçün cəhdlər olunur. Rusiyanın bu mövqeyindən ruhlanan Ermənistandakı bəzi siyasi qüvvələr yeni müqavimət hərakatı yaratmağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, bunu parlamentdə təmsil olunan "Ermənistan" blokunun deputatı Geqam Manukyan deyib:
"Rusiya Xarici İşlər Nazirliyinin bəyanatından aydın oldu ki, Qarabağın Azərbaycanın tərkibinə verilməsi Paşinyanın qərarıdır. Bu vəziyyətdə həm Rusiya, həm də Qərb öz maraqlarını həyata keçirməyə çalışır. İctimaiyyət arasında narahatlıq artıb. Paşinyanın siyasəti ilə bağlı fikir ayrılığı var və bunu son sorğular da təsdiqləyir. Bu gün erməni cəmiyyəti fəal mübarizəyə hazırdır", – deyə Manukyan bildirib.
Parlamentdə təmsil olunan "Ermənistan" fraksiyasının rəhbəri, keçmiş prezident Robert Köçəryandır. 2021-ci il seçkilərində uduzduqdan sonra siyasi səhnəni tərk edən Köçəryanın tərəfdərları, Ermənistanda siyasi hakimiyyəti dəyişmək üçün hər cür təxribatlara hazırdırlar və bu işdə Rusiyanın köməyinə arxalanırlar. İndi də Rusiyanın təşəbbüsü ilə Ermənistanda müqavimət hərəkatı yaratmaq və təxribatlar törətmək üçün planlar cızılır.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 20 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun cəbhədən xəbər cəbhədən ən son xəbərlər apa.az xeberler