Rusiya geridönüşü olmayan bir yola girdi - TƏHLİL

Rusiya geridönüşü olmayan bir yola girdi - TƏHLİLUkrayna müharibəsi dinamizmini itirir. Tərəflər irimiqyaslı hücumlar etmir, lokal döyüşlər və gözlənilməz zərbələrlə bir-birini taqətdən salmağa çalışırlar. Dünən Ukrayna Ordusunun dəqiq artileriya atəşi ilə İzyum yaxınlığında rusların komanda məntəqəsi dağıdılıb, yüzə yaxın canlı qüvvəsi, yüksək rütbəli zabitləri və general-mayor Semyonov məhv edilib. Daha əvvəl də yazmışdım Rusiyanın əməliyyat-taktiki raketləri sonsuz sayda deyil və bir müddət sonra onları qənaətlə istifadə etməyə məcbur olacaq. Çünki o raketlərin istehsalı uzun zaman və maliyyə tələb edir. Gözləndiyi kimi artıq Rusiya əvvəlki intensivlikdə qanadlı raketlərdən istifadə edə bilmir, çünki yerini doldura bilmir. Yerdə isə ciddi irəliləyiş yoxdur, əksinə bəzi strateji üstünlükləri itirib.
Bu səbəbədən də son günlər rus siyasətçiləri və şərhçilərinin aqressiv nüvə hədələri artıb. Məsələn Kalininqraddan London, Paris, Berlini 200+ saniyəyə vuracaqlarına dair şəkillər paylaşırlar. Putinin və Lavrovun təhdidləri daha ciddiyə alınmır. Bilirsiniz niyə? Atdıqları raketlərin effektivliyi 30%-dir. Ya hədəfi düz vurmur, ya partlamır, ya da bəsit HHM sistemləri ilə vurulur. Atacaqları nüvə silahlarının da öz şaxtasından çıxıb-çıxmayacağı, hara düşəcəyi, harada partlayacağı artıq rusların özündə də qorxulu suallar doğurur.
Prinsipcə Qərb Ukraynada istəyinə nail olur. Ukraynanın hərbi və maliyyə baxımdan müqaviməti artırılır. Rusiyanı uzun müddətli "taqətdən salma" planı işləyir, beynəlxalq imici İrandan da betərdir, hətta ona "müttəfiq" olan dövlətlərin xalqları belə aşkar Ukraynanı dəstəkləyir. Rusiya geridönüşü olmayan bir yola girdi və o yolun sonunda ruslar üçün qalibiyyət yoxdur. Mərhumiyyət, təklənmə və parçlanma var.
Putin 2008-ci ildə Gürcüstan və 2014-cü ildə tək buraxılmış Ukrayna tələsinə düşdü. Kobud desək onu şirəyə gətirdilər. İki gün öncə elə Rusiyaya tırka verən Çinin rəsmi televiziyasında parçalanmış Rusiyadan hansı dövlətlərə pay düşəcək deyə bu xəritə paylaşılmışdı. Çinlilər yeni dünyada bizi də yaddan çıxarmayıblar…
Dünyanı idarə edən güclər az riskli və az insanlı yeni dünya düzəni qurmağa çalışır. Bu proyektin ilk komponenti virus idi, ikinci komponenti müharibələr yolu ilə dünyanın siyasi xəritəsini dəyişmək. Hər iki komponentin Böyük Məşqi edilib, qalıb daha qlobal miqyasda reallaşdırılması. Dünyanın siyasi xəritəsi isə gec-tez əsaslı şəkildə dəyişəcək. Gedən proseslərin və siyasi reallıqların təhlili göstərir ki, bu xəritədə Azərbaycan daha böyük və daha güclü bir siyasi aktor kimi yer alacaq!
Əli Məhərrəmli, politoloq
KONKRET.az

Siyasi       Tarix: 01 may 2022
f Paylaş

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler valyuta mezennesi futbol xeberleri son xeberler bu gun cəbhədən son məlumat