Rusiya hökuməti Azərbaycanla razılaşmanı təsdiqlədi
Rusiya Federasiyası Hökuməti Moskva və Bakı arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə tranzit yükdaşımaların birgə inkişafı haqqında saziş layihəsini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, bu, barədə Rusiya hökumətinin sədri Mixail Mişustin sərəncam imzalayıb.
Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və Şimal-Cənub nəqliyyat dəhlizinin qərb marşrutunun potensialının artırılmasıdır.
Sazişə əsasən, Rusiya Federasiyası və Azərbaycan iki ölkənin sənəd və qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, tranzit daşımalar zamanı malların öz əraziləri üzrə sərbəst hərəkətini təmin edəcəklər.
Gömrük nəzarəti qaydaları həm qanunvericiliklə müəyyən edilmiş razılaşmalara, həm də Moskva və Bakının iştirak etdiyi beynəlxalq müqavilələrə əsaslanacaq.
Sənəddə dəmir yolu infrastrukturu yeniləndikdən sonra hər il Rusiya Federasiyasından Azərbaycana daşınmalı olan yüklərin zəmanətli həcmi də müəyyən edilib.
Bu, 2028-ci il yanvarın 1-dən ən azı 5 milyon ton olacaq, müvafiq qərar qəbul edildikdən sonra isə hər il 15 milyon tona yüksələcək.
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır