Rusiya ilə Azərbaycanın müttəfiqlik bəyənnaməsi: Bizi nələr gözləyir? (TƏHLİL)

Rusiya ilə Azərbaycanın müttəfiqlik bəyənnaməsi: Bizi nələr gözləyir? (TƏHLİL)Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu gün Moskvada Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəklər.
Rəsmi Kremlin yaydığı məlumatda qeyd olunur ki, İlham Əliyev və Vladimir Putin qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə də imza atacaqlar. Tərəflər həmçinin siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə edəcək.
Bəs Azərbaycanla Rusiya arasında imzalanacağı gözlənilən müttəfiqlik bəyannaməsi nədir və bunun Azərbaycan üçün müsbət tərəfləri nə olacaq?
Rusiya ilə Azərbaycanın müttəfiqlik bəyənnaməsi: Bizi nələr gözləyir? (TƏHLİL)Politoloq Zərdüşt Əlizadə azxeber.com-a açıqlamasında müttəfiqlik bəyannaməsinin Azərbaycan üçün müsbət tərəflərinin çox olduğunu bildirib:
"Azərbaycanla Rusiya arasında bağlanacağı gözlənilən müttəfiqlik bəyannaməsi Rusiya ilə gözlənilən təhlükələrin neytrallaşmasına xidmət edir. Məlum məsələdir ki, Azərbaycan gedib Rusiyanın beynəlxalq təxribatlarında iştirak etməyəcək, Ukraynaya hücum etməyəcək. Amma hər halda Cənubi Qafqazda Rusiyadan gözlənilən təhlükələrin miqyasını azaldacaq. Rusiya ilə əməkdaşlıq genişlənəcək. Yəni bu müttəfiqliyin Azərbaycan üçün xeyli müsbət tərəfləri var. Azərbaycanın qonşu böyük dövlərlərlə müttəfiqliyi ölkəmizin təhlükəsizlik çevrəsini artırır".
Siyasi şərhçi İlyas Hüseynov da azxeber.com-a açıqlamasında müttəfiqlik bəyannaməsinin hər iki tərəflə olan əlaqələri daha da güclədirəcəyini deyib:
Rusiya ilə Azərbaycanın müttəfiqlik bəyənnaməsi: Bizi nələr gözləyir? (TƏHLİL)"Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması iki tərəf arasında olan əlaqələri daha da güclədirəcək və iqtisadi sahədə artıma töhvə verəcək. Azərbaycanla Rusiya arasında münasibətləri dərinləşdirmək istiqamətində bir sıra yol xəritələri hazırlanır. Azərbaycan Rusiya ilə iqtisadi sahədə inkişafın əldə olunmasında maraqlıdır. Digər tərəfdən Rusiya da Cənubi Qafqazda öz strateji maraqlarını, Cənubi Qafqazın iqtisadi, siyasi, hərbi, demokrafik baxımdan güclü dövləti olan Azərbaycanla daha da gücləndirməyə meyl göstərir. Bununla yanaşı həm də Rusiya ilə Azərbaycan arasında hazırda sərhədlərin açılması, bölgənin iqtisadi cəhətdən inkişaf etdirilməsi, işğaldan azad olunan ərazilərin transit yüklərinin daşınması hesabına dirçəldilməsi prioritet vəzifədir. Türkiyə-Azərbaycan-Rusiya ittifaqı burada düşünürəm ki, həlledici mövqeyə malikdir. Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası istiqamətində Rusiya tərəfi məsləhətçi qismində yardım göstərməyə hazır olduğunu bildirib. 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr tarixində imzalanmış önəmli bəyanatların implemitasiyası istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması konteksində, iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, həm də bölgədəki təhlükəsizlik arxitekturasının gücləndirilməsi istiqamətində müsbət meyllər olsa da, hələ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsinin imzalanması üçün bir sıra önəmli şərtlərin yerinə yetirilməsi mütləq xarakter daşıyır. Bu baxımdan Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni müstəviyə qalxması digər problemlərində qarşısının alınmasına köməklik göstərəcək".
Siyasi şərhçi Asif Nərimanlı da sözügedən bəyənnamənin hazırki kritik məqamda Azərbaycanın maraqlarına xitab edəcəyini deyib:
Rusiya ilə Azərbaycanın müttəfiqlik bəyənnaməsi: Bizi nələr gözləyir? (TƏHLİL)"Azərbaycan əsas müttəfiqi Türkiyədir və Rusiya ilə imzalanacaq bəyannamənin Şuşa Bəyannaməsinin bənzəri olacağı, yəni "dərin inteqrasiya"nın nəzərdə tutulacağı inandırıcı deyil. Burada müxtəlif sektorlarda qarşılıqlı əlaqələri inkişafı, hərbi əməkdaşlıq, bir-birinin ərazi bütövlüyünə hörmət və s. məsələlərin yer alacağı mümkündür. Lakin bu, Azərbaycanın Rusiyanın qurmaq istədiyi "ittifaq dövləti" modelinə qoşulması demək deyil: Bakı seçimini Ankaradan yana edib və Qoşulmama Hərəkatına üzv olması genişçaplı ittifaqlarda yer almamasını şərtləndirir;
Belə bir sənədin imzalanmasında Rusiya və Azərbaycanın öz maraqları var:
- Azərbaycanı "ittifaq dövləti" modelinə daxil etmək şansını əldən verən Moskva müttəfiqliyi ikitərəfli səviyyədə inkişaf etdirir: bu, geosiyasi qarşıdurmada Cənubi Qafqaz cəbhəsini gücləndirməyə xidmət edir;
- Əsas seçimini Türkiyə ilə edən Bakı "balans strategiyasını" müəyyən qədər yeniləyir və belə bir bəyannamə ilə Moskvaya anti-Rusiya cəbhəsində yer almayacağının zəmanətini verir: bu, geosiyasi qarşıdurmada Rusiyanın təzyiqini neytrallaşdırmağa da hesablanıb;
Rəsmi Bakının bu gedişi Ankara ilə məsləhətləşmədən etmədiyi bəllidir: NATO üzvü olan Türkiyə üçün Rusiya ilə münasibətlərin körpüsü rolunu oynayan Azərbaycanın geosiyasi qarşıdurmada iki regional gücü birləşdirəcək faktor rolu güclənəcək və bununla:
1. Bakı və Ankara qurduqları ittifaqın Rusiyaya qarşı olmadığını isbatlayır;
2. Cənubi Qafqazda rus-türk planı olan razılaşmaların icrası sürətlənə bilər;
3. Və 3+3 formatı çərçivəsində əməkdaşlıq arxitekturasının qurulması, rusların vasitəçiliyi ilə imzalanan razılaşamalrın icrası, ən əsas da Bakının istədiyi sülh sazişinin imzalanması perspektivi güclənə bilər;
Azərbaycanın əsas istəyi budur. Bəyannamənin imzalanacağı görüşdə Əliyevlə Putin Qarabağdakı razılaşmaların icrasını müzakirə edəcəyi də bu kontekstdə diqqət çəkir. Təbii ki, indi əsas olan bəyannamədə nələrin əks olunacağı və əvəzində bizim nələr alacağımızdır. Hərçənd, iki məsələ haqda gözlənti güclüdür:
Birincisi, Rusiya ilə bəyannamə Türkiyə ilə imzalanan Şuşa Bəyanaməsi qədər "dərin inteqrasiyanı" əhatə etməyəcək: Bakının real müttəfiqi Ankaradır;
İkincisi, Əliyev bunun qarşılığında nəsə almalıdır, xüsusilə Qarabağ məsələsində;"
Aydın Nuri
Rusiya ilə Azərbaycanın müttəfiqlik bəyənnaməsi: Bizi nələr gözləyir? (TƏHLİL)Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusu üzrə dərc edilib. 

Siyasi       Tarix: 22 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"


yeni xeberler azerbaycan xeberleri son xeberler iqtisadiyyat xeberleri bugun qurban bayrami 2026 bu gunun xeberleri haqqinda melumat bu gunun xeberleri