Rusiya ilə bağlı reytinq: İlk iki yerdə azərbaycanlı, 3-də erməni var
"Forbes" jurnalının rus versiyası Rusiya daşınmaz "əmlak "kralları"nın 2024-cü ilin nəticələrinə əsasən yeni reytinqini dərc edib.
KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, siyahıya daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilib və ona Azərbaycan əsilli sahibkarlar başçılıq edirlər.
İlk onluq belədir:
Qod Nisanov
Zaxar İliyev
Qod Nisanov və Zaxar İliyevin "Kievskaya ploşad" şirkətinin illik icarə gəliri 2 milyard dollardır;
Samvel Karapetyan – "Taşir" (685 milyon dollar);
Sait-Salam Qutseriyevin "Safmar" şirkəti (490 milyon dollar);
Tara ailəsinin "Enka" şirkəti (335 milyon dollar);
Aleksandr Klyaçinin "Gleden İnvest Qrupu" (315 milyon dollar);
Pavel Vaşşenko və Valeri Mixaylovun "Riverstretch Trading & Investments" şirkəti (295 milyon dollar);
Araz Ağalarovun "Crocus Group" şirkəti (245 milyon dollar);
Vladimir və Feliks Yevtuşenkovun "AFK Sistema" (240 milyon dollar).
İliyev və Nisanovun şirkətinin 2 milyon 591 min kvadratmetr kommersiya daşınmaz əmlakı var. Bu həcmə 148 min kvadratmetr ofis sahəsi, 320 min kvadratmetr anbar sahəsi, 1550 nömrəli otel, 1 milyon 39 min kvadratmetr sahəsi olan "Food City" ticarət mərkəzi və 180 min kvadratmetr sahəsi olan ticarət mərkəzi daxildir.
2024-cü ildə "Kievskaya ploşad" Lubyankadakı mərkəzi uşaq mağazasını "Gals-Development" strukturlarından alıb. "Detsky Mir"-in sahəsi 74 min kvadratmetrdir və əməliyyat 10-20 milyard rubl qiymətləndirilir.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır