Rusiya ilə müharibə etmək istəyən tarixi oxusun - Deputat
Rusiyaya qarşı hər hansı hərbi əməliyyat keçirməmişdən öncə II Dünya müharibəsinin tarixini oxumalarını və yenidən düşünmələrini tövsiyə edirəm.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya ilə müharibə hazırlığı üçün NATO-nun "Defender Europe 2021" təlimlərinə ehtiyacı olması barədə Ukraynanın Donbas üzrə nümayəndəsi Aleksey Arestoviçin açıqlamasına münasibət bildirən Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet deyib.
O, Ukrayna və NATO-nun Krıma mümkün hücum planlarının məyusluqla nəticələnəcəyini bildirib:
"Maskalar tamamilə çıxarıldı. Belə bir açıqlamadan sonra Qərbdə heç kim NATO-nun təcavüzkar mahiyyətini inkar edə bilməyəcək. Rusiya yalnız sərhədlərə yaxınlaşan düşmənləri deyil, komandanlıq mərkəzlərini də məhv edə biləcək silahlara sahibdir. Rusiya ilə güc dilində danışmaq olmaz, çünki bunu edənlər ağır cavab ala bilər. Krımlıların isə qorxacağı bir şey yoxdur. Yarımada etibarlı şəkildə qorunur. Lakin bütün bu hərbi əməliyyatlara hazırlığın Kiyevdə deyil, ABŞ-da olduğunu bilirik. Buna görə Avropa ölkələrini ABŞ-a yerini göstərməyə və gələcəkdə Avropanın işlərinə qarışmasına imkan verməməyə çağırırıq. NATO üzvlərini Avropa ölkələrindən qovmağın vaxtı gəldi".
Qeyd edək ki, Ukraynanın Donbas üzrə üçtərəfli danışıqlar qrupundakı nümayəndəsi Aleksey Arestoviç Rusiya ilə müharibə hazırlığı üçün NATO-nun "Defender Europe 2021" təlimlərinə ehtiyacı olduğunu bildirib.

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər