Rusiya iqtisadiyyatı bu 3 səbəbə görə sanksiyalara dözə bilir – "The Economist"
İqtisadçılar Rusiyanın sanksiyalar altında dayanıqlı olmasının üç səbəbini açıqlayıblar.
KONKRET.az xəbər verir ki, "The Economist" nəşri Rusiya iqtisadiyyatının Qərb ölkələrinin təzyiqlərinə tab gətirməsinin üç səbəbini sadalayıb.
Müəllif birinci səbəbi iqtisadi çöküşün qarşısını almaq üçün operativ və effektiv tədbirlər görən Mərkəzi Bankın addımları ilə əlaqələndirib.
İkinci amil Rusiyanın tarixi keçmişi ilə bağlıdır. Müəllifin fikrincə, sanksiyalar təzyiqinin yaratdığı hazırkı vəziyyət Rusiyanın üzləşdiyi beşinci iqtisadi böhrandır. Həmçinin Rusiya sakinləri çağırışlara asanlıqla uyğunlaşmağı öyrəniblər.
Müəllifin fikrincə, üçüncü səbəb karbohidrogen ehtiyyatlarıdır. Qeyd olunur ki, sanksiyalar Rusiyada neft hasilatına faktiki olaraq heç bir təsir göstərməyib.
Xatırladaq ki, Moskva meri Sergey Sobyanin də Rusiyaya qarşı sanksiya müharibəsinin iqtisadiyyatın kəskin azalmasına səbəb olmadığını açıqlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var