Rusiya İrandan kamikadze dronların yeni partiyasını aldı
Rusiya İrandan Şahed-131 və Şahed-136-dan ibarət kamikadze dronlarının yeni partiyasını təhvil alıb.
KONKRET.azxəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin gündəlik məlumatında qeyd olunub.
Bildirilib ki, Rusiyanın Ukraynada üç həftə sonra ilk dəfə yenidən İran istehsalı kamikadze dronlarından istifadə etməsi ilə bağlı xəbərlər yayılıb. Qeyd olunub ki, bu məlumatların yoxlanılması davam edir, lakin çox güman ki, Rusiya bir neçə yüz Şahed-131 və Şahed-136-dan ibarət əvvəlki ehtiyatını tükəndirib və İrandan yeni dronlar tədarük edib.
Məlumatda əlavə olunub ki, dekabrın 6-da Ukrayna Baş Qərargahı 14-ü Şahed-136 olmaqla, 17 PUA-nın vurulması barədə məlumat yayıb. Dekabrın 7-də isə Ukrayna rəsmiləri İran istehsalı kamikadze dronlarının Zaporojye və Dnepr vilayətlərini hədəf alması barədə məlumat paylaşıblar.
Ukrayna tərəfi bundan əvvəl Şahed-136 dronunun vurulmasına dair son məlumat noyabrın 17-də paylaşıb.
"Bu təsdiq edir ki, Rusiya ehtimal ki, hücumlarını yeni tədarük edilmiş kamikadze dronları ilə başladıb", – deyə məlumatda qeyd olunub.//APA

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim