"Rusiya kənd təsərrüfatı məhsullarını yalnız "dost ölkələrə" ixrac edəcək" - Dmitri Patruşev
"Bizim kənd təsərrüfatı məhsullarımız xarici bazarlarda olacaq, ancaq bizə dost olan, bizə maneə və çətinlik yaratmayan ölkələrdə olacaq".
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edərkən bildirib.
Nazir bir sıra çətinlikləri, o cümlədən tədarük zəncirinin pozulmasını və maliyyə hesablamaları ilə bağlı problemləri də qeyd edib.
Patruşev bildirib ki, Rusiya ən çox ehtiyacı olan ölkələri ərzaqla təmin etmək üçün bu maneələri aşmalıdır.
Qeyd edək ki, Vladimir Putin bildirib ki, Rusiya bu il rekord buğda məhsulu gözləyir.
Bəzi ölkələrin aclıq təhlükəsi ilə üz-üzə qaldığını xatırladan Rusiya lideri bu vəziyyətin günahının tamamilə "Qərb elitaları"nda olduğunu iddia edib.
Hava şəraiti və koronavirus pandemiyasından təsirlənən qlobal ərzaq bazarına Rusiya-Ukrayna münaqişəsi və Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalar növbəti zərbəni vurub.
İqbal Rzayev,
KONKRET.az

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı