"Rusiya müharibəni uduzsa, Ermənistanın başına nə gələcəyini bilmirəm" - Paşinyan

"Rusiya Ukraynada müharibəni uduzarsa, Ermənistanın başına nələrin gələcəyini təsəvvür edə bilmirəm".
KONKRET.az "Hraparak"a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan başçılıq etdiyi hakim Mülki Müqavilə Partiyasının toplantısında bildirib.
İclasın gündəliyində xarici siyasi proseslər və Ermənistanın təhlükəsizliyi məsələləri olub. Görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və hökumətin digər təmsilçiləri iştirak edib. A.Mirzoyan mayın əvvəlində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Vaşinqtonda keçirdiyi danışıqlar barədə məlumat verib.
Toplantıda çıxış edən Nikol Paşinayn ünvanına deyilən ittihamlara, o cümlədən mayın 9-da Moskvada Qələbə günü ilə bağlı keçirilən tədbirlərdə iştirakına toxunub. Onun mayın 9-da məlum tədbirlərdə iştirakı Ukrayna və Qərb tərəfindən tənqid edilib. Xatırladaq ki, Ukrayna MDB-yə üzv 7 dövlətin liderlərinin bu mərasimdə iştirakını "mənəviyyatsız və dost olmayan" davranış adlandırıb. N.Paşinyan görüş iştirakçılarının nəzərinə çatdırıb ki, Ermənistan üçün həyati əhəmiyyət kəsb edən maraqlardan çıxış edərək iştirakla bağlı doğru qərar qəbul edib. O, toplantı iştirakçılarına xatırladıb ki, İrəvan strateji tərəfdaşı olan Rusiyadan təbii qaz alır. N.Paşinyan deyib ki, Moskvada keçirilən paraddan imtina etməsi təhlükəli avantüra olardı.
"Bundan başqa Paşinyan qeyd edib ki, Ukrayna müharibəsində Rusiya uğursuzluğa düçar olarsa, Ermənistanın başına nə gələcəyinin təsəvvür belə edə bilmir", – qəzet yazıb. Nəşrin məlumatına görə, N.Paşinyan deyib: "Bu halda Ermənistanı 100 il əvvəl baş vermiş hadisələr və müstəqilliyin itirilməsi gözləyir. Biz təkbaşına Türkiyə-Azərbaycan tandeminə qarşı müqavimət göstərə bilmərik".
Görüşdə o, azərbaycanlıları və türkiyəli siyasətçiləri qətlə yetirən terrorçulara İrəvanda abidənin ucaldılmasına da münasibət bildirib. Baş nazir bildirib ki, onun başçılıq etdiyi hökumət Türkiyə ilə barışıq siyasəti yürütməyə çalışdığı bir zamanda belə bir abidənin ucaldılması məqsədəuyğun deyil. O, məlum abidənin ucaldılması məsələsinin onunla müzakirə edilmədiyini və bu hadisədən xəbərsiz olduğunu söyləyib. Bununla belə N.Paşinyan abidənin sökülməsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Baş nazir səkkiz anklav kəndin Azərbaycana qaytarılması ilə bağlı sualı da cavabsız qoyub. "Hraparak" yazıb ki, N.Paşinyan Qarabağ və Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın rayonunda yaradılmış sərhəd-keçid məntəqəsi ilə bağlı məsələlərə ümumiyyətlə toxunmayıb.

Siyasi       Tarix: 13 may 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər en son xəbərlər bugün en sonxeber siyaseti xeberler bugun