Rusiya nəşrindən XƏBƏRDARLIQ: "TB2"ləri məhv etmək üçün silahınız yoxdursa
İnventarında "TB2" donanması olan Ukrayna ilə Rusiya arasındakı müharibənin gündəmdə olduğu bir vaxtda, Rusiyanın "TopWar" nəşrinin yayımladığı "Türkiyə TB2-ləri onları məhv edəcək silahı olmayan bütün ölkələri narahat etməlidir" ifadələrinin yer aldığı təhlil yazısı diqqət çəkib.
Publika.az xəbər verir ki, təhlillərində "Bayraktar-TB2"lərə daha çox yer verən şərqşünas Yuri Mavaşev müharibə strategiyası ilə bağlı bildirib ki, türklər hər hansı bir bölgəni ələ keçirmək istəsəydilər, onsuz da edərdilər:
"Amma onların belə bir məqsədi yoxdur. Onlar sadəcə indiki sərhədləri daxilində özlərini olduqca rahat hiss etmək istəyirlər. Bütün dünya nəfəsini tutub Rusiyanın Ukrayna ilə müharibəyə girməsini gözlədiyi bir vaxtda Türkiyə "Bayraktar"ları Ankara üçün çox həssas olan bir çox nöqtədə gözəçarpan şəkildə güclənib. Digər ölkələr isə bu hərəkata qarşı çox aydın addımlar ata bilmirlər. Mən Türkiyə hava qüvvələrinin səfərbər olmasını kiminsə torpağından "bir parça ələ keçirmək" planları ilə əlaqələndirmirəm. Amma məlumdur ki, Suriya uzun müddətdir Ankara üçün problemdir. Türklər Suriyada onsuz da nəzarət etdikləri torpaqlardan kifayət qədər razıdırlar. Digər hallarda, onlar insani əməkdaşlığı vurğulayan başqa yollarla işləyirlər.
Rusiya ilk növbədə özünün qondarma müttəfiqi Bəşər Əsəddən ehtiyatlı olmalıdır. Əsəd uzun müddətdir müttəfiq olmayan davranış sərgiləyərək İran təsirinə qapı açdı və Rusiyanın təsirini minimuma endirdi".
Yuri Mavaşev qeyd edib ki, türklərin Qərblə geniş qarşılıqlı əlaqə təcrübəsi var və Qərbin mövqelərini itirməsindən, bölgədə yaranan siyasi boşluqdan istifadə edirlər. "Bayraktar" uçuşlarına gəlincə, Mavaşev bildirib ki, bu barədə spekulyasiyalar onları zərərsizləşdirmək üçün silahı olmayan hər bir ölkəni narahat etməlidir.
Akqabay
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var