Rusiya onlara VAXT VERDİ: iki aya tərk edin, ya da
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, üç ildən artıqdır paytaxt Moskvada olan ABŞ səfirliyinin əməkdaşları 2022-ci il yanvarın 31-dək şəhəri tərk etməlidirlər.
Publika.az-ın məlumatına görə, Zaxarova ABŞ-ın atdığı addımları tam olaraq deportasiya hesab etdiklərini, eyni şəkildə də cavab vermək istədiklərini qeyd edib.
Zaxarova bunun Rusiyanın seçimi olmadığını, ABŞ-ın onları bu oyunu oynamağa məcbur etdiyini bildirib: "Əgər Birləşmiş Ştatlar üç illik qaydadan əl çəkməsə və gələn ilin iyuluna 1-nə qədər güzəştə getməsə, ABŞ Dövlət Departamentinin elan etdiyi saya bərabər işçilər göndəriləcək".
Zaxarova əlavə edib ki, ABŞ-ı tərk etməli olan rus diplomatlara üç il müddətinə Rusiyadakı diplomatik qurumlarda işləmək qadağan edilib.
Daha əvvəl 2022-ci il yanvarın 30-na kimi 27 rusiyalı diplomatın ailələri ilə birlikdə ABŞ-ı tərk edəcəyi açıqlanmışdı. Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov da bu addıma mütləq cavab verəcəklərini bildirib. ABŞ Dövlət Departamentinin sözçünün müavini Jalina Porter iddia edib ki, rusiyalı diplomatların ölkəni tərk etməsi onların deportasiyası kimi qəbul edilməməlidir.
Akqabay
Turlar.az [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var