"Rusiya Qarabağda qalmaq üçün hər şeyə gedəcək" - Politoloq

Regionda baş verən hadisələri şərh edən siyasi şərhçilər daha çox Ermənistanın qeyri-konstruktiv siyasətinə diqqət yetirir. Nikol Paşinyanın siyasi manipulyasiyaları, onun bir-birini təkzib edən fikirləri də politoloqların diqqətindən yayınmır. Eyni zamanda Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra baş verən təxribatlar da ekspertlərin ən çox müzakirə etdiyi mövzudur.
KONKRET.az-a açıqlama verən politoloq Tural Əliyevin də söhbətə bu mövzu ilə başlaması təsadüfi deyil:
"Bu gərginliyin kökündə duran müxtəlif səbəblər var. Əsas səbəblər regionda marağı olan ölkələrin prosesə mane olmaq istəyindən doğur. Rusiya regionda təsir rıçaqlarını buraxmaq istəmir. İranın məqsədi Zəngəzur dəhlizinin açılmasına mane olmaq, Qərbin marağı açılacaq kommunikasiyalardan daha çox pay almaqdır. Fransa isə özünün sahib olduğu dəhlizlərin işinə kölgə salmamaq üçün yeni dəhlizə mane olmaq istəyir.
Danışıqlar proseslərinə təsir etmək üçün həmin qüvvələr birbaşa və kənar müdaxilələrdən istifadə edir. Bunlar da sülh müqaviləsinin qarşısını almağa hesablanıb.
Hazırda Azərbaycanla Ermənistan arasında danışıqlar bir neçə parametrlər üzrə aparılır. Bunlar sərhədlərin delimitasiyası və demarkasiyası, Qarabağdakı ermənilərin reinteqrasiyası və kommunikasiyaların açılması istiqamətində aparılan danışıqlardır.
Azərbaycan və Ermənistan liderlərinin görüşü ərəfəsi və ya ondan sonra baş verən təxribatlara isə bir növ adət etmişik. İndi Qarabağda baş verənlər də ermənilərin növbəti təxribatıdır. Brüssel görüşündən bir neçə gün sonra isə Ermənistanın baş naziri hökumətin iclasında üçtərəfli görüşdə əldə edilən razılıqları ya sabotaj edir, ya da əldə edilən razılıqların üstündən xətt çəkir. Amma bundan əvvəlki bütün görüşlərində o, hansısa irəliləyişin əldə edildiyini bildirirdi. Bütövlükdə isə biz prosesi nəzərə alsaq, əslində hər hansı uğurun əldə olunmamasının şahidi oluruq. Bunun da kökündə duran isə təkcə Ermənistanın təkbaşına verdiyi qərarlar deyil.
Çünki Ermənistan regionda gedən prosesin qarşısında dura biləcək gücə sahib deyil. Bu baxımdan Ermənistan hakimiyyəti də çalışır ki, beynəlxalq platformalarda ancaq Laçın yolundan siyasi spekulyasiya etsin. İndi ermənilər daha çox Qarabağdakı ermənilərin hüquqları ilə bağlı məsələyə fokuslanır. Bununla da beynəlxalq ictimaiyyətin diqqətini regiona cəlb etmək niyyəti güdürlər. İndi Qarabağda gedən proseslərin hamısı buna hesablanıb. Eyni zamanda Rusiyanın da dəstəyi burada öz sözünü deyir. Rusiya Qarabağda qalmaq üçün hər cür təxribatlar törədə bilər və ermənilərin qızışdırılmasının arxasında da rusların hiyləgər niyyətləri dayanır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 20 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Həsən Həsənov: "Ad çəkilir, amma konkret mənbə göstərilmir

"Ermənilər bizə qarşı bir söz deyəndə mənbə adı çəkmirlər". xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə keçirilən "Qafqaz Albaniyasının irsinə tarixi baxış"

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Antiterror əməliyyatı regiondakı siyasi reallığı necə dəyişdi? – Politoloqdan AÇIQLAMA

2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtələrindən biridir. Əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü tam bərpa edildi və Azərbaycanın suverenliyi bütü

Avropa bu məsələdə bir araya gələ bilmir – Mübahisələr getdikcə dərinləşir

Almaniya və Avropa İttifaqının daha 4 ölkəsi Madridin pandemiya dövründən qalan borcların ödənilməsini təxirə salmaq və Aİ büdcəsini yüz milyardlarla avro artırmaq təklifinə qarşı çıxıb. xəbər verir ki, Aİ-də təxminən 2 trilyo

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

İsrail Səfirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. İsrailin Azərbaycandakı səfirliyi bu barədə X-da paylaşım edib. "Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davaml

10 illik məhkum edilmiş Martin də əfv edildi

Fransaya casusluq ittihamı ilə məhkum olunan Martin Ryan əfv edilib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, M.Ryan bu ilin martında 10 il müddətinə məhkum edilmişdi

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

Azərbaycan tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız təqvimlə ölçülmür. Bu tarixlər dövlətin keçdiyi yolun, xalqın iradəsinin və gələcəyə baxışının ifadəsinə çevrilir. 20 Sentyabr da məhz belə günlərdəndir. 2023-c


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycan son xeber bugun xeberler bu qun novruz bayramı valyuta mezenesi