"Rusiya Qazaxıstana müdaxilə edə bilər" – Sensasion müsahibə

"Rusiya Qazaxıstana müdaxilə edə bilər" – Sensasion müsahibə"Qazaxıstanın indiki Prezidenti Tokayev Nazarbayevin xeyir-duası ilə hakimiyyətə gəlmiş bir şəxsdir. Onun hakimiyyəti illərində yetişmiş ictimai-siyasi xadimlərdən biridir. Bu mənada düşünmürəm ki, Tokayev Nazarbayevin bu məsələdə mövqeyini nəzərə almadan onun qızının hakimiyyətdən uzaqlaşdırılması üçün bu addımları atsın".
Politoloq Elşən Manafov belə düşünür.
Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:
- Qazaxıstan Prezidenti Tokayev senatın spikeri, yəni ölkənin keçmiş başçısı Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verdi. Sizcə, birdən-birə belə bir addımın atılması nəyə hesablanıb?
- Qənaətimə görə, Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi, onun Qazaxıstanın siyasi elitasında tutduğu yer, eyni zamanda, bu müddət ərzində ölkə siyasətinin patriarxı olan Nazarbayevin özünə sərgilədiyi mövqe ilə əlaqədardır. Çünki Nursultan Nazarbayevin qızı olmasına baxmayaraq, Nazarbayevanın 2006-cı ildə öz həyat yoldaşı ilə birgə Oçark Partiyasını qurması, əslində isə atasının qurduğu siyasi-iqtisadi sistemə müxalifətdə durması, xüsusilə kürəkəninin Nazarbayevin yürütdüyü siyasətə qarşı ifşaedici çıxışları o zaman Qazaxıstan ictimaiyyətinin diqqətindən yayınmamışdı. Bu başqa məsələdir ki, bu gün Nazarbayevin səhhətində problemlərin yaşandığı şəraitdə Nazarbayevanın tutduğu vəzifədən kənarlaşdırılması, perspektivdə hakimiyyət uğrunda mübarizənin kəskinləşəcəyi ilə bağlı məqamlardan xəbər verir.
Məlumdur ki, Qazaxıstanın indiki Prezidenti Tokayev Nazarbayevin xeyir-duası ilə hakimiyyətə gəlmiş bir şəxsdir. Onun hakimiyyəti illərində yetişmiş ictimai-siyasi xadimlərdən biridir. Bu mənada, düşünmürəm ki, Tokayev Nazarbayevin bu məsələdə mövqeyini nəzərə almadan onun qızının hakimiyyətdən uzaqlaşdırılması üçün bu addımları atsın. Çünki Nazarbayevin Qazaxıstanın indiki dövlət idarəçiliyində tutduğu mövqe də kifayət qədər ciddidir. Mən Qazaxıstanın dövlət idarəçiliyini İranla müqayisə etmək fikrində deyiləm, lakin İranda ali dini rəhbər prezidentlə müqayisədə daha üstün hüquqi statusa malik olduğu kimi, əslində Nazarbayevin də Qazaxıstandakı mövqeyi müəyyən mənada prezidentdən bir pillə yuxarıdadır. Dövlət Şurasının sədri olaraq Qazaxıstanın təhlükəsizlik qüvvələri, ordu, kəşfiyyat qurumları yenə də Nazarbayevin nəzarəti altındadır. Tokayev bunu bilməmiş deyil. Hər halda onun varisi olaraq, Tokayev Nazarbayevlə razılaşdırmadan belə bir addımı atmazdı.
Ölkədə həyata keçirilən islahatlar və bir tərəfdən Qazaxıstanın Avrasiya İqtisadi Birliyindəki mövqeyi, digər yandan Qazaxıstanın Qərbin enerji bazarlarına olan maraqları və Avropa ölkələrinə inteqrasiya prosesini sürətləndirməsi faktoru, ölkənin indiki siyasi elitasının, o cümlədən Nazarbayevin özünün diqqət mərkəzindədir. Unutmaq lazım deyil ki, ABŞ dövlət katibi Mayk Pompeonun bir müddət əvvəl Belarusdan sonra Qazaxıstan və digər Mərkəzi Asiya respublikalarına sədərləri olmuşdu. Düşünürəm ki, həyata keçirilən bu islahatlar Qazaxıstanda daha modernist və daha optimal – istər Şərq, istərsə də Qərb bloku ilə işləməyə qadir bir komandanı yaratmaq zərurətindən irəli gələ bilər. Bütün hallarda Tokayevin bu qərarı Nazarbayevlə razılaşdırdığını düşünürəm.
- Qazaxıstanın Qərbə meyllənməsi bu ölkədə hansı dəyişikliklərə yol aça bilər, məsələn, Nazarbayevin mütləq görünən taxtını laxlada bilərmi?
- Əlbəttə, Nazarbayev əbədi olaraq Qazaxıstan siyasətində qalacaq şəxs deyil. Mediada yayılan məlumatlara görə, Nazarbayevin səhhətində müəyyən problemlər var. Hesab edirəm ki, Nazarbayevin səhhətindəki problemlər dərinləşərsə və onun hakimiyyətdən getmək ehtimalı güclənərsə, o zaman Qazaxıstan uğrunda, ölkənin siyasi elitasında kimin qalıb-qalmayacağı, kimlərin bu elitaya dəvət ediləcəyi ilə bağlı məsələ ətrafında Qərb və Qazaxıstan, o cümlədən Qazaxıstan və Rusiya arasında ciddi dilemma yaşanacaq. Çünki Qazaxıstan MDB məkanında, hələ sovet dönəmində Ukraynadan sonra ən güclü respublikalardan biri idi. Enerji resurslarına, ərazilərinə, taxıl ehtiyatlarına görə hətta Rusiyadan sonra ikinci dövlətdi. Rusiya başa düşür ki, Avrasiya İqtisadi Birliyini Qazaxıstansız Avropa İttifaqına alternativ qurum kimi formalaşdırmaq mümkün deyil. Qazaxıstanın təsir dairəsindən çıxarılması, Rusiyanın vurulması və parçalanması anlamına gələcək.
Qazaxıstanda hələ də əhalinin beşdə bir hissəsi ruslardır. Yəni Qərbin Qazaxıstanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün ata biləcəyi addımlar, bu ölkədə Rusiyanın da iştirakı ilə etnik zəmində münaqişələrin yaranması anlamına gələcək. Unutmaq lazım deyil ki, Qazaxıstan uğrunda geosiyasi mübarizənin əks qütbündə dayanan daha nəhəng bir dövlət var. Bu da Çindir. Bunu ABŞ da, Rusiya da yaxşı başa düşür. Buna görə də Qazaxıstanda yeni siyasi elitanın formalaşması və bu elitaya cəlb oluna biləcək yeni kadrların siyasi baxışları ilə bağlı məsələlər adı çəkilən dövlətlərlə yanaşı, Qazaxıstan ictimaiyyəti və siyasi qüvvələri üçün ciddi önəm kəsb edəcək. Nazarbayevə gəlincə, səhhətindəki problemlər dərinləşərsə, bu, onun hakimiyyətinin laxlaması anlamında qəbul oluna bilər. Yəni Tokayevin gerçəkdə onun siyasi varisi olub-olmayacağı ilə bağlı məsələlərə, Tokayevin post-Nazarbayev dövründə Qərb və Rusiya ilə münasibətlərdə atacağı addımlara aydınlıq gətirəcək.
- Son günlər Belarus və Rusiya arasında da bir gərginlik yaşanır. Prezident Lukaşenkonun öz dilindən də bəzən Rusiya əleyhinə sərt fikirlər səsləndirilir. Hətta Rusiyanın "Kanal 1" televizyasının Belarusdakı şöbəsinin əməkdaşlarının akreditasiyası ləğv edildi. Lukaşenko nədən Rusiyaya belə qəzəblidir?
- Əlbəttə, Belarus-Rusiya münasibətlərində yaşanan gərginlik Rusiyadan bu ölkəyə satılan neft və qazın qiymətləri ilə bağlı aparılan danışıqlarla bağlıdır. Belarus enerji tariflərinin aşağı salınmasını istəyir, Lukaşenko və Putin arasında keçirilən görüşlərdə bu məsələ gündəmdə oldu. Düşünürəm ki, artıq tərəflər bu məsələdə razılığa gəlib. Putin də gözəl başa düşür ki, Lukaşenko kimi ambisiyalı bir siyasətçi ilə münasibətlərdə onu cırnada biləcək və əlaqələri Rusiyanın marağında olmayan bir çərçivədən kənara çıxa biləcək addımlar atmağa dəyməz.
Qərbə gəlincə, Belarus uzun müddət Avropada post-sovet məkanında Rusiyayönümlü dövlət kimi qəbul olunurdu, Lukaşenko az qala "Avropanın sonuncu diktatoru" kimi qələmə verilirdi. Maraqlıdır ki, Belarus-Rusiya münasibətlərində yaşanan gərginlik Pompeonun Minskə səfərindən sonra özünü daha qabarıq şəkildə büruzə verməyə başladı. Bu səfərdən sonra Lukaşenko müəyyən güzəştlərə getdi: siyasi sistemin liberallaşdırılması, müxalifətlə təmaslar, siyasi dustaqların azadlığa buraxılması kimi məsələlər bura daxildir. Görünür ki, Pompeonun Minsklə danışıqlarında Qərb Belarusun ciddi ehtiyac duyduğu prinsiplərinin buraxılması ilə bağlı hansısa vədlər verib. Düşünürəm ki, Rusiyada da bunu bilməmiş deyillər. Buna görə də Belarusun tərəflər arasında manevr edəcəyini düşünürəm.
Qənaətimə görə, ABŞ post-Lukaşenko dönəmi üçün nəzərdə tutulan Belarus-Qərb münasibətləri baxımından, Qərbyönümlü müxalifətlə münasibətlərə daha çox önəm verəcək. Düzdür, Lukaşenkoya müxalifətdə olan siyasi liderlərin nüfuzu Belarus prezidenti qədər deyil. Etiraf etmək lazımdır ki, Lukaşenko dönəmində Belarus iqtisadiyyatı Avropadan tətbiq olunan sanksiyalara duruş gətirdi. Bu gün Belarus post-sovet məkanında yeganə dövlətdir ki, SSRİ-də mövcud olan sovxoz-kolxoz sistemi hələ də qalır. Belarus aqrar-sənaye ölkəsi təsiri bağışlayır. Məsələn, Ukrayna sovet dönəmində əldə etdiyi gücünü Qərb və Rusiya arasında gedən geosiyasi mübarizədə itirdi, ölkə parçalandı.
Buna görə də Qərblə münasibətlərə də önəm verməklə yanaşı, Lukaşenko bir slavyan lideri olaraq, Rusiyanı məmnun etməyəcək addımlar atmayacaq. Həm də etiraf etmək lazımdır ki, Qərbə doğru atıla biləcək birxətli addımlar Belarus xalqı tərəfindən birmənalı qarşılanmaya da bilər. Qərb nə qədər şirin vədlər versə də. Unutmaq lazım deyil ki, Belarus qələbənin 75 illiyini Rusiya ilə birlikdə qeyd edir. Bu kimi faktorlar tərəfləri razı salan ortaq mövqelərin olmasından xəbər verir. Əlbəttə, Qərb də müəyyən kreditlər vəd edir. Amma zaman göstərəcək ki, Lukaşenko Qərb və Rusiya ilə münasibətlərdə hansı mövqeni tutacaq. Unutmaq lazım deyil ki, Belarus da Azərbaycan kimi Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramında Qərbi tam mənada təmin edəcək mövqedə dayanmayıb. Bu mənada Belarusun xarici siyasəti Azərbaycanın tərəflər arasında balanslaşdırılmış xarici siyasət kursuna bənzəyir. /publika.az

Dünya       Tarix: 08 may 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler azerbaycan son xeber bugun cəbhədən şad xəbər cəbhədən video