İran ABŞ-a meydan oxudu: "Heç bir ölkə..."
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Höccətülislam Nəbəviyan rəsmi Tehranın son illərdə artan hərbi və siyasi özünəinamını ifadə edən kəskin bəyanatla çıxış edib. O, İranın ABŞ-a qarşı müqavimət gücünün dünya nəhəngləri ilə müqayisədə daha üstün olduğunu iddia edib. Nəbəviyanın bu sözləri regionda gərginliyin pik həddə çatdığı bir vaxtda rəsmi Tehranın geri addım atmayacağı mesajı kimi qiymətləndirilir.
KONKRET.az xəbər verir ki, iranlı deputat çıxışı zamanı Çin və Rusiyanın belə ABŞ qarşısında Tehran qədər cəsarətli olmadığını vurğulayıb. "Heç bir ölkə, hətta Çin və Rusiya belə, Birləşmiş Ştatlarla bizim kimi üz-üzə gəlməyi və onlara müqavimət göstərməyi bacarmayıb", – deyə o bildirib. Bu açıqlama İranın həm regional münaqişələrdə, həm də qlobal siyasi arenada Vaşinqtonun təzyiqlərinə qarşı nümayiş etdirdiyi dirənişin simvolu kimi təqdim olunub.
Analitiklər hesab edirlər ki, Nəbəviyanın bu bəyanatı daxili auditoriyaya yönəlməklə yanaşı, həm də beynəlxalq güclərə İranın strateji hədəflərindən dönməyəcəyini göstərmək məqsədi daşıyır. Son dövrlərdə ABŞ-ın sanksiyaları və hərbi təhdidləri fonunda Tehranın bu cür iddialı çıxışları bölgədəki geosiyasi rəqabəti daha da alovlandırır.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Putin sərt danışdı: "Ölkənin boşalmasına..."
Sülh Sammitinin birinci ildönümü ilə bağlı - Birgə Bəyanat
Deputatın həyətindən 12 yaşlı məktəblinin meyiti tapıldı - Bu ölkədə
Kolumbiyada güclü zəlzələ baş verdi
Lukaku "Fənərbağça"ya keçməyə razılıq verdi
XİN Kolumbiyaya başsağlığı verdi
Bu gün təyin olunan səfirlər kimdir? - DOSYE
AZAL sərnişinlərə müraciət etdi
Azərbaycan vətəndaşının müəmmalı ölümü: Bacısı da evdə olub
Bakının bəzi küçələri tam bağlanacaq
Sabah yağış yağacaq
Ronald Arauxo "Liverpul"a keçdi
UEFA, AFC və CONCACAF-dan İnfantinoya sərt reaksiya