Edqars Rinkeviçs: Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır
Latviya Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır.
azxeber.com xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.
"Cənab Prezident, bizi qəbul etdiyiniz üçün və biznes-forumda iştirak edərək hər iki ölkədən olan sahibkarların qarşısında çıxış etdiyiniz üçün çox sağ olun. Sizin çıxışınızdan sonra danışmaq çox asandır, çünki Siz hər məqamı əhatə etdiniz və mən Sizinlə razılaşa bilərəm. Əlavə edə biləcəyim yeganə məsələ Latviyanın, Latviyada olan imkanların kiçik reklam edilməsi ola bilər. Azərbaycanın prioritetlərini və inkişafını məharətlə vurğuladığınız üçün hesab edirəm, əlavə etmək lazımdır ki, Latviya da Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır", - o qeyd edib.
Edqars Rinkeviçsə görə, Bakı neft hasil edən şəhərə çevrilən zaman XIX əsrin sonu və XX əsrin əvvəllərində bir çox latviyalılar artıq burada mühəndis, müəllim kimi iş taparaq çalışıblar:
"Bizim həm iqtisadi, həm də mədəni bağlantımız düşündüyümüzdən daha da böyük və daha da genişdir. Hesab edirəm ki, təlatümlərin baş verdiyi bu vaxtda, - mən Avropada və Yaxın Şərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdə tuturam, - biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeni əməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində daha geniş regionda əsas ticarət tərəfdaşı olub, ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağa davam edəcəkdir".

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK