Rusiya Qələbə paradında az sayda texnika və əsgər nümayiş etdirəcək
Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, 9 may 2022-ci ildə Qırmızı meydanda keçiriləcək paradda bir il əvvəlkindən daha az sayda əsgər və texnika olacaq. Artıq məlumdur ki, bu il heç bir xarici lider Moskvaya Qələbə Gününə gəlməyəcək.
KONKRET.azxəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin cümə günü dərc etdiyi parad kolonlarının tərkibinə dair məlumatlara əsasən, 2022-ci ildə keçiriləcək paradda 129 hərbi texnika iştirak edəcək ki, 2021-ci ildə bu rəqəm 191 olub.
Piyadalar cərgəsində kazaklar, "Yunarmiya" hərbləşdirilmiş hərəkatının əsgərləri və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da daxil olmaqla, təxminən 10 000 nəfər meydandan keçəcək. 2021-ci ildə isə paradda 12 min insan iştirak edib.
Hər beş nəfərdən biri zabitdir. Bu da Rusiyanın Ukrayna ilə müharibədə təsdiqlənmiş itkiləri barədə bir göstəricidir.
Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi kolonların keçidi prosedurundan o nəticəyə gəlmək olar ki, 2021-ci ildə paradda iştirak etmiş bəzi hərbi texnika növləri bu il Qırmızı Meydanda nümayiş etdirilməyəcək.
Bir il əvvəl paradda olan, lakin 2022-ci ildə nümayiş olunmayacaq avadanlıqlar arasında T-80BVM tankları, 2S35 Koalisiya-SV özüyeriyən artilleriya qurğuları, TOS-1A "Solnsepek" ağır alov qurğuları sistemləri, "Pansir-S" zenit kompleksi, eləcə də Milli Qvardiyanın bütün maşınları və s. var.//Oxu.az

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi