Rusiya-Qərb QARŞIDURMASI - Xəbərdarlıq edildi

Rusiya-Qərb QARŞIDURMASI - Xəbərdarlıq edildiNATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukrayna sərhədlərindən və qanunsuz ilhaq etdiyi Krımda cəmləşdirdiyi ordunu geri çəkməsindən məmnuniyyət duyduqlarını və vəziyyəti yaxından izləməkdə davam edəcəklərini bəyan edib.
Teleqraf.com-a istinadla xəbər verir ki, Slovakiya Baş naziri Eduard Hegerlə NATO qərargahında görüşən Stoltenberq keçirdikləri mətbuat konfransında Rusiyanın davranışlarından danışıb.
Baş katib deyib ki, Rusiyanın keçən həftə Ukrayna sərhədləri və qanunsuz ilhaq etdiyi Krım yarımadasına cəmləşdirdiyi ordunu geri çəkməsindən sonra gərginliyin azaldığını gözləmirlər və Moskvanın bu addımını müsbət qarşılayırlar.
"İndi hadisələri və vəziyyəti yaxından izləyəcəyik. Rusiyanın Ukrayna içində və ətrafında bütün hərbi cəmləşməni dayandırmasını və xoş niyyətlə siyasi mərhələyə daxil olmasını göləyirik", - baş katib bildirib.
NATO-nun Ukraynada olan dəstəyini ifadə edən Stoltenberq ittifaqın Ukraynaya praktiki təlim dəstəyi verdiyini, islahatlar keçirməsinə köməklik etdiyini də qeyd edib.
Baş katib Rusiyanın son illər sərgilədiyi davranışın formasından narahatlıq keçirdiklərini bildirərək NATO-nun sadəcə Ukrayna deyil, son diplomatik böhranda Çexiyanın da yanında olduğuna vurğu edib.
Xatırladaq ki, Rusiya aprelin 6-da ordusunun müharibə hazırlığı ilə əlaqədar olaraq təlimlərə start vermişdi. Müxtəlif istiqamətlərdə təlimlər keçirib, eyni zamanda Ukrayna ilə sərhədə və Krıma 10 minlərlə hərbçi toplayıb.
Rusiya Müdafiə naziri Sergey Şoyqu aprelin 22-də ölkənin cənub və qərb hərbi dairəsinin birliklərinin təlimlərinin başa çatdığını elan edərək ordunun hərbi hissələrinə qaytarılacağını elan edib.
Ancaq hadisələr göstərir ki, bununla da vəziyyət sabitləşmir. Dünən Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı ABŞ və NATO-nu müharibə hazırlığında ittiham edib.
NATO-nun Avropadakı birliklərini müharibəyə hazırladığını iddia edən Şoyqu qeyd edib ki, qarşı tərəf hərbi quruluşunu möhkəmləndirərək əməliyyat və döyüş hazırlığını artırır. General bəyan edib ki, Rusiyanın Qərb və Cənub hərbi dairəsinin hissəsləinin təlimləri müharibəyə hazır olduqlarını göstərib. /publika.az

Dünya       Tarix: 28 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Türkiyə buna görə Ermənistana MÜRACİƏT ETDİ

Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan reyslərinin həyata keçirilməsi üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib. xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəsi Nazirliyinin mətbua

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeberler dunyada son xeberler beynelxalq bank mezenne cəbhədən son məlumatlar