Rusiya qırıcıları Fransa təyyarələrini izlədi
Rusiyanın Su-27 qırıcı təyyarələri Qara dəniz üzərində Rusiya sərhədlərinə yaxınlaşmaq istəyən Fransanın "Rafal" və "Miraj" hərbi təyyarələrini izləyib.
Publika.az xəvbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Qeyd olunub ki, dekabrın 8-də Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi Qara dənizin neytral suları üzərində uçuş edən Fransa təyyarələrini aşkar edib:
"Hava hədəflərinin müəyyən edilməsi və Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasının qarşısının alınması üçün Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə məxsus Su-27 qırıcıları havaya qaldırılıb.
Rusiya qırıcılarının ekipajları hava hədəflərini iki taktiki "Mirage-2000" və "Rafale" qırıcıları, həmçinin Fransa Aerokosmik Qüvvələrinə məxsus C-135 yanacaqdoldurma təyyarəsi olduğunu müəyyən edib, onları Qara dəniz üzərində müşayiət ediblər.
Məlumatda o da qeyd olunub ki, xarici hərbi təyyarələrin Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşmasının qarşısı alındıqdan sonra rus qırıcıları aerodroma qayıdıb,
Rusiya qırıcılarının uçuşları hava marşrutlarının tələblərini pozmadan və xarici dövlətlərin təyyarələri ilə təhlükəli yaxınlaşmadan neytral sular üzərində beynəlxalq qaydalara uyğun olaraq həyata keçirilib.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək