Rusiya Rəşt-Astara dəmir yolunun tikintisini maliyyələşdirəcək
2030-cu ilə qədər olan dövrdə Rusiya dəmir yollarının tikintisi və inkişafı üçün İrana 1,5 milyard dollar ayıracaq.
KONKRET.az "Vedomosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyinin təqdimatında qeyd edilir.
Qeyd olunur ki, bu vəsait Azərbaycanın sərhədyanı Astara şəhərindən İranın Rəşt şəhərinə qədər olan 164 kilometrlik xəttin tikintisinə, həmçinin 495 kilometr uzunluğunda olan Gərmsar-İnçə-Burun xəttinin elektrikləşdirilməsinə sərf olunacaq.
Hər iki istiqamət 20 il əvvəl yaradılan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (ITC) bir hissəsidir.
Hazırda Astara ilə Rəşt arasında yüklər avtomobil nəqliyyatı ilə daşınır ki, bu da marşrutun inkişafına mane olur. Xəttin tikintisi 2 mlrd. dollar dəyərində qiymətləndirilir. Azərbaycan tilinti işlərinə ilk 500 mln. dolları beş il əvvəl verib.
Gələcəkdə ITC-nin ötürmə qabiliyyəti ildə 30 mln. ton təşkil edəcək. 2020-ci ildə isə yüklərin 6,3 mln. tonu Rusiya hissəsindən keçib.
Nəqliyyat Nazirliyinin təqdimatında göstərilib ki, İranda xəttin tikintisi bu istiqamətdə yük axınını ildə 3-10 mln. ton artıracaq. Yüklərin Mumbaydan Sankt-Peterburqa çatdırılma müddəti 15-24 günədək azalacaq. Qeyd olunur ki, Süveyş kanalından keçən marşrut 30-45 gün müddətini nəzərdə tutur.//APA
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var