Rusiya "Sarmat"dan istifadə edəcək
Rusiyanın qitələrarası ballistik RS-28 "Sarmat" strateji raket sistemi döyüş növbətçiliyinə verilib.
KONKRET.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Roskosmos" dövlət korporasiyasının baş direktoru Yuri Borisov bildirib.
Xatırladaq ki, "Sarmat" kompleksi Sovet R-36M2 Voevoda raketlərini əvəz etmək üçün nəzərdə tutulub. İlk uğurlu raket buraxılışı 2022-ci ilin aprelində baş tutub.
Üç ay əvvəl hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Litovkin kompleks haqqında demişdi ki, çəkisi 210 ton olan "Sarmat" hədəfə ondan çox döyüş başlığı daşıya bilər. Onun sözlərinə görə, raket həm Şimaldan, həm də Cənub qütbündən hədəfə uçmaq qabiliyyətinə malikdir. Rusiya Prezidenti Vladimir Putin də "Sarmat"ın taktiki imkanlarına güvənərək strateji raket sistemlərinin düşmənə ağır zərbə vuracağını deyib.
Vəli Həsənov,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ