Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLAN

Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLANRusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunların sayı daha əvvəl açıqlandığı kimi 90-110 min nəfər yox, daha çoxdur. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin ötən gün Brüsseldə keçirdiyi mətbuat konfransında açıqladığına görə, 150 min nəfərdən çoxdur. Brifinq Jozep Borrelin Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə videokonfrans rejimində keçirilmiş danışıqlarının yekunu olaraq keçirilib. Avropa İttifaqının baş diplomatı deyib ki, Rusiya Ukrayna sərhədlərində və ilhaq edilmiş Krımda özünün qoşun birləşmələrini cəmləşdirməkdə davam edir.
Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLAN"Biz Ukrayna sərhədlərində Rusiya qoşunlarının sayının artırılmasından çox narahatıq. Hazırda 150 mindən çox canlı qüvvədən ibarət qoşunlar Ukrayna sərhədləri boyu və Krımda cəmləşdirilib. Eskalasiya riski aydındır, ortadadır", - Borrel deyib.
O, həmin informasiyanın mənbəyini açıqlamayıb, amma deyib ki, qoşunların cəmləşdirilməsi hələ də davam edir və son illərdə ən yuxarı həddə çatıb. Eyni zamanda Borrel "Kiyevi təmkin nümayiş etdirdiyinə görə" tərifləyib, Moskvanı gərginliyi azaltmağa çağırıb.
Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLANRusiyanın Ukrayna sərhədlərinə misli görünməmiş miqdarda qoşun cəmləşdirdiyi bir vaxtda daha əvvəl Moskvaya qarşı sərt bəyanatlar verən Qərbin indi gərginliyi yumşaltmağa çalışdığı hiss olunur. "The Times" nəşri isə yazır ki, Ukrayna ətrafındakı gərginlikdə Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni geri addım atmağa məcbur edə bildi. Nəşr ABŞ-Rusiya qarşıdurmasında liderliyin hələ də Putində olduğunu bildirir. Və qeyd edir ki, Putin artıq dördüncü Amerika prezidentini "səsini kəsib yerində oturmağa" məcbur edib.
Nəşr Baydenin Putinlə qarşıdurmada mövqelərini nəzərəçarpacaq dərəcədə əldən verməsinin sübutu kimi ABŞ prezidentinin Qara dənizə gəmilər göndərmək barədə sorğusunu geri çəkdiyini göstərir. O cümlədən aprelin 16-da Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar da güclü təsir bağışlamayıb. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 20 aprel 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat en yeni xeberler sou xeberler bugun kriminal bugun