Rusiya Tacikistan ordusu ilə birlikdə hərəkətə keçdi
Rusiya Tacikistanla birgə hərbi təlimlərə başlayıb.
Publika.az xəbər verir ki, təlimlər Rusiyanın ölkə xaricindəki ən böyük hərbi bazası olan 201-ci bazadakı 3 min əsgər və Tacikistan Silahlı Qüvvələrinin ünsürlərinin iştirakı ilə keçirilir.
Təlim poliqonu Tacikistan-Əfqanıstan sərhədində yerləşən Sambulıdır.
Rusiya Mərkəzi Hərbi Bölgə Komandanlığının Mətbuat Xidmətindən verilən açıqlamaya görə, təlimlər ölkəyə girən silahlı qruplaşmalarla mübarizə və onların zərərsizləşdirilməsi ssenariləri əsasında keçirilir.
Təlim çərçivəsində "Orlan-10" pilotsuz uçuş aparatları kəşfiyyatla əməkdaşlıq çərçivəsində sərhəd bölgələrini izləyəcək, qanunsuz yollarla ölkəyə giriş edən silahlı qruplaşmaları təsbit edəcək. Mərkəzi komandanlığa informasiya ötürüləcək və topçu birliklər tərəfindən hücum hazırlanaraq hədəflər zərərsizləşdiriləcək.
Təlimlərin 28 noyabra qədər davam etməsi planlaşdırılır.
Rusiyanın Tacikistanda 7 mindən çox əsgəri xidmət edir. İki ölkə arasında razılaşma əsasında baza 2042-ci ilədək fəaliyyətdə olacaq.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il keçir
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur