Rusiya TŞ-dən ŞOK: "İrana qarşı quru əməliyyatına hazırlıq gedir"
Rusiya Təhlükəsizlik Şurası İran ətrafındakı hərbi-siyasi vəziyyətlə bağlı növbəti xəbərdarlıq dolu bəyanatla çıxış edib. Şuranın məlumatına görə, bölgədəki mövcud sükunət aldadıcı ola bilər və bəzi tərəflər genişmiqyaslı quru əməliyyatına başlamaq üçün hazırlıq işləri görürlər.
Bildirilib ki, ABŞ və İran arasında əldə olunmuş iki həftəlik müvəqqəti atəşkəs müddəti başa çatdıqdan sonra, danışıqlar uğursuz olarsa, hərbi əməliyyatlar daha böyük intensivliklə bərpa edilə bilər.
KONKRET.azxəbər verir ki, Rusiya tərəfi hazırda tərəflərin atəşkəs rejiminə tam və ciddi şəkildə əməl edəcəyinə dair ciddi şübhələrin olduğunu vurğulayıb. Bəyanatda qeyd olunub ki, gərginliyə baxmayaraq, İran hakimiyyəti ölkə daxilində vəziyyətə tam nəzarət edir, dövlət və hərbi idarəetmə sistemləri stabil şəkildə fəaliyyətini davam etdirir. Eyni zamanda, Təhlükəsizlik Şurası İranın hələ də kifayət qədər böyük həcmdə silah arsenalına malik olduğunu və istənilən genişmiqyaslı müdaxiləyə cavab vermək potensialını qoruduğunu xüsusi qeyd edib. Moskva tərəfləri quru əməliyyatı kimi riskli addımlardan çəkinməyə və diplomatik yolu seçməyə çağırıb.
Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Bakıda meyit tapıldı
İlham Əliyev Trampla danışdı
17 yaşlı qız Kürdə batdı
Putin sərt danışdı: "Ölkənin boşalmasına..."
BMT-nin baş katibi bu qadın ola bilər
Deputatın həyətindən 12 yaşlı məktəblinin meyiti tapıldı - Bu ölkədə
Kolumbiyada güclü zəlzələ baş verdi
Lukaku "Fənərbağça"ya keçməyə razılıq verdi
Daha iki vəkil həbs edildi
XİN Kolumbiyaya başsağlığı verdi
Bu gün təyin olunan səfirlər kimdir? - DOSYE
Əvvəl Azərbaycanla sülh - Ankaradan İrəvana mesaj
AZAL sərnişinlərə müraciət etdi
Azərbaycan vətəndaşının müəmmalı ölümü: Bacısı da evdə olub