Rusiya Türkiyə ilə hava əlaqələrini dayandırır
Rusiya Türkiyə ilə hava əlaqəsini məhdudlaşdırmağa hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edilir ki, aprelin 15-dən etibarən iki ölkə arasında mütəmadi və çarter reysləri dayandırılacaq. Uçuşlara qadağa iyunun 1-dək qüvvədə olacaq.
Bildirək ki, Rusiyadan Türkiyəyə uçuşların məhdudlaşdırılması qardaş ölkədə koronavirusa yoluxanların sayının kəskin şəkildə artması ilə izah olunur.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]