Rusiya və ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Əgər Türkiyə əməliyyata başlasa

Rusiya və ABŞ HƏRƏKƏTƏ KEÇDİ: Əgər Türkiyə əməliyyata başlasaTürkiyənin Suriyada mümkün əməliyyatından əvvəl bölgə aktivləşib. Rusiya Hərbi Hava Qüvvələri Tal-Tamirdən Eyn-İsaya qədər qəsəbələrdə hava və quru hərbi manevrlərini artırdığı bir vaxtda ABŞ YPG-yə 50 TIR logistika göndərib.
Publika.az xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya məxsus ilk 50 yük maşınından ibarət karvan PKK terror təşkilatının nəzarətində olan Qamışlı şəhərinə daxil olub.
Bu, Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin son görüşündən sonra baş verib. TIR karvanı İraq Kürd Regional Rəhbərliyi ilə Suriya arasındakı Əl-Valid Sərhəd Qapısından keçərək Qamışlıya daxil olub.
Türkiyəyə yeni təhlükə Əsəd cəbhəsindən gəlib. Suriya Milli Barışıq Mərkəzinin üzvü Ömər Rəhmun bildirib ki, Türkiyə Suriyanın şimalında əməliyyata başlasa, Suriya ordusu İdlibdə iki mərhələli əməliyyat keçirəcək: "Türkiyə Suriyanın şimal-şərqində hərbi əməliyyatı başlatdığı andan ilk mərhələdə Cebel əz-Zəviyə, Cisr əş-Şuqur, Əl-Qab və M4 magistral xətti və ondan 8 kilometr şimalda olan ərazilər azad ediləcək".
Suriya rejiminin İdlib və ətrafına yerləşdiriləcək 25-ci Xüsusi Fəaliyyət Qüvvəsi Diviziyasına 1000 əsgərin cəlb ediləcəyi açıqlanıb. Gənclərin işə qəbulu üçün Latakiya, Xüms, Həma və Dəməşq əyalətlərinin hər birində dörd yeni işə qəbul bürosu açılıb. Bölümün təhlükəsizlik idarələri bildirirlər ki, yeni könüllülər ayda 45 dollar maaş alacaq və Həmadakı düşərgələrdə 15 günlük təlim keçəcəklər. Yerli xəbər mənbələri 550 keçmiş mülki şəxsin Həmadakı düşərgələrdə təhsilini başa vurduğunu açıqlayıb.
Suriya Milli Ordusunun komandirlərindən olan Əbdülsalam Əbdürəzzak əməliyyata hazır olduqlarını açıqlayıb: "Tal-Rifat və Eyn-əl-Ərəb (Kobani) bölgələri Türkiyə ordusu və Suriya Milli Ordusu üçün strateji hədəflər təşkil edir. PKK-ya qarşı əməliyyat üçün mütəmadi olaraq Türkiyə hərbi rəsmiləri ilə görüşlər keçirilir. Lakin bu görüşlər əməliyyat bölgələrində baş tutur".
Akqabay

Dünya       Tarix: 04 noyabr 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Vyana danışıqları bərpa edildi

Vyanada Birgə Hərtərəfli Fəaliyyət Planının tam fəaliyyətini bərpa etmək üçün danışıqlar bərpa olunub. xəbər verir ki, bunu Rusiyanın Vyanada beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib. "Qıs

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən xəbərlər xeberlər en son xeberler bu gun cəbhədən görüntüleri