Rusiya XİN: "3+3" formatında görüş yaxın aylarda baş tuta bilər
"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan – Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.
KONKRET.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentin direktoru Denis Qonçar TASS-a müsahibəsində bildirib.
"Hazırda "3+3" formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati işlər üzərində iş aparılır. Ümid edirik ki, bu, yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların istəyinə əsasən Gürcüstana da dəvət göndərilə bilər", – deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Diplomat qeyd edib ki, Rusiya tərəfi iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün "3+3" regional platformasının uyğun olduğunu qeyd edib./apa

Formula-1: ikinci sərbəst yürüş başladı
Buğda bahalaşdı - Azərbaycanda un və çörək qiymətləri arta bilər?
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO
10 illik məhkum edilmiş Martin də əfv edildi
Prezident əfv Sərəncamı imzaladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim