Rusiyada Alla Puqaçovadan 5 milyon təzminat tələb olunur
Rusiyada Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovadan 5 milyon rubl məbləğində mənəvi təzminat tələb edib.
azxeber.com xəbər verir ki, bu barədə o, RİA Novosti agentliyinə açıqlamasında bildirib. Borodin qeyd edib ki, iddia şərəf, ləyaqət və işgüzar nüfuzun qorunması ilə bağlı qaldırılıb.
Onun sözlərinə görə, tələb olunan 5 milyon rubl məbləğində təzminat xüsusi hərbi əməliyyatın ehtiyaclarına yönəldiləcək.
Borodin iddianı Puqaçovanın jurnalist Yekaterina Qordeyeva ilə müsahibəsindən sonra qaldırdığını bildirib. Onun sözlərinə görə, müğənni həmin müsahibədə Borodin haqqında təhqiramiz ifadələr işlədib və xüsusi hərbi əməliyyatla bağlı mənfi fikirlər səsləndirib.
Məlumata görə, Moskvanın Presnenski Rayon Məhkəməsi iddia ilə bağlı ilkin baxışı martın 10-da keçirəcək.
Qeyd edək ki, Borodin daha əvvəl Alla Puqaçovanın Rusiyada musiqi əsərlərindən gəlir əldə etməsinin qadağan edilməsini də təklif etmişdi.

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək