Rusiyada əcnəbilərin arzuolunmazlığının yoxlanılması proseduru yenidən nəzərdən keçirdilir
Rusiyada əcnəbilərin arzuolunmazlığının yoxlanılması proseduru yenidən nəzərdən keçirdilir
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi əcnəbilərin ölkədə qalmasının arzuolunmazlığının yoxlanılması proseduruna yenidən baxılmasını təklif edib.
Yeniliyə əsasən, dövlətin təhlükəsizliyinə və ya müdafiəsinə təhdid yaradan, ictimai asayişə, əhalinin sağlamlığına, konstitusiya quruluşuna təhlükə yaradan, digər şəxslərin hüquq və qanuni mənafelərini pozan hər hansı bir xarici vətəndaş arzuolunmaz hesab edilir.
Daxili İşlər Nazirliyinin yerli bölmələri belə bir şəxsin ölkədən çıxarılması ilə bağlı məsələnin həlli üçün qurumun mərkəzi aparatına müraciət edə bilər.
Hazırda qalmanın arzuolunmazlığı haqqında qərar qəbul etmək üçün materiallara baxılma müddəti qurumun mərkəzi aparatında qeydiyyata alındığı gündən bir aydan çox olmamalıdır. Yenilənmiş prosedurda isə belə qərarın qəbul edilməsi üçün müddət nəzərdə tutmur. Bu, Daxili İşlər Nazirliyinə yoxlamanın nəticələrini münasib vaxtda dərc etməyə imkan verəcək.
Dərc edilmiş sərəncam layihəsinə əsasən, qurum əcnəbinin Rusiyada hazırda ailəsinin olub-olmadığını da yoxlayacaq. Bunun arzuolunmazlıqla bağlı qərara necə təsir edəcəyi göstərilmir.
Qeyd edilir ki, ölkədə qalması arzuolunmaz hesab edilən əcnəbi Rusiyanı tərk etməyə borcludur, əks təqdirdə deportasiya olunacaq.
Mənbə: Vedomosti /oxu.az
Turlar.az [newsid: 0-123300]

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?