Rusiyada qalmaqallı "çılpaq gecə"nin təşkilatçısı həbs edilə bilər - FOTO

Rusiyada qalmaqallı Rusiyada qalmaqallı "çılpaq gecə"nin təşkilatçısı həbs edilə bilər - FOTO
Rusiyada qalmaqallı "çılpaq gecə"nin təşkilatçısı olan sənətçi, bloqer və teleaparıcı Nastya İvleyeva "Xüsusilə böyük miqdarda vergidən yayınma" ittihamı ilə beş il həbs cəzası ala bilər.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin materialları əsasında Rusiya Federal Vergi Xidməti tərəfindən İvleyevanın biznes fəaliyyətinin yerində araşdırılmasına başlanılıb. Əgər qanun pozuntuları aşkar edilərsə, Nastya İvleyevaya qarşı cinayət işi açıla bilər.
Məlumata görə, hazırda Federal Vergi Xidməti sənətçinin əsas şirkəti olan "İvleyeva Prodakşn"da aktiv şəkildə yoxlamalar aparır. Məlum olub ki, bu ilin aprel ayında bloqerlərin çoxsaylı vergi yoxlaması fonunda İvleyeva şirkətini uşaqlıq dostu Anna Samakovanın üzərinə yazdırıb, payın 100%-ni də ona verib. Artıq həmin vaxt bu məqam vergi idarəsinin diqqətini cəlb edib. Belə ki, 122 milyon rubl (2 milyon 278 min manat) gəliri və 52 milyon rubl (966 min 437 manat) rəsmi mənfəəti olan şirkət bunun müqabilində 6 milyon rubl (111 min 512 manat) vergi ödəyib.
Bundan əlavə, İvleyevanın digər şirkəti ilə bağlı da Federal Vergi Xidmətində problemlər yaranıb. Dekabrın 7-nə olan məlumata görə, onun "Blesk" adlı şirkətinin (restoran biznesi) hesabları bloklanıb, Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən alınan məlumatlar etibarsız hesab edilib, vergi orqanları isə şirkəti ümumiyyətlə hüquqi ünvanında tapmayıb. Hazırda şirkətin hesabları dondurulub, lakin sənədlərlə bağlı məsələlərin araşdırılması davam edir.
Eyni zamanda Nastya İvleyevanın "Kolenki pçelı" şirkəti də diqqət mərkəzində olacaq. Bu şirkət üzərində İvleyevanın özünün təsviri olan "İzi pizi" adlı çipslər və qazlı içki istehsal edir. Şirkətin 2022-ci il üçün gəliri 445 milyon rubl (8 milyon 285 min manat) təşkil edib və 23 milyon rubl (426 min 401 manat) vergi ödənilib.  
Rusiyada qalmaqallı Rusiyada qalmaqallı Rusiyada qalmaqallı Rusiyada qalmaqallı Rusiyada qalmaqallı Rusiyada qalmaqallı Mənbə: "SHOT" "Telegram" / oxu.az

Şou Biznes       Tarix: 28 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber saytlari son xabar xəbər havanın temperaturu