Rusiyada səfərbərlik əleyhinə ümumxalq mitinqi elan olundu
Müharibə əleyhdarları qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan ediblər.
KONKRET.az xəbər verir ki, etiraz aksiyalarının təşkilatçısı "Vesna" Gənclər Hərəkatıdır.
Fəallar vətəndaşları bu gün, sentyabrın 21-də Moskva vaxtı ilə 19:00-da (Bakı vaxtilə 20.00-da) yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıb. Onlar aksiyanı "Məzarlaşmağa yox" adlandırıblar.
"Minlərlə Rusiya kişisi – atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınlarına atılacaq. Nə üçün öləcəklər? Analar və uşaqlar niyə göz yaşı tökəcək? Putinin sarayı üçün?
İndi müharibə, həqiqətən, hər evə, hər ailəyə gələcək. Hakimiyyət deyirdi ki, ancaq "peşəkarlar" döyüşür və onlar qalib gələcəklər. Məlum oldu ki, onlar qalib gəlmirlər və məhbuslar cəbhəyə cəlb olunmağa başlayıb. İndi də səfərbərlik elan olunub.
Beləliklə, vəziyyət son dərəcə ağırdır. Müharibə artıq "orada" deyil – ölkəmizə, evlərimizə gəlib, qohumlarımız üçün gəlib. Beləliklə, onlar Rusiyanı dəhşətli qırğınlara, təcridə və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər.
Hər gün səfərbərliyə ehtiyac olduğunu deyən deputatlar, məmurlar sağ-salamat isti kreslolarında qalacaqlar. Hesab edirik ki, onları səfərbər etmək və Ukraynaya göndərmək lazımdır – qoy xəstə fantaziyaları üçün ölsünlər və adi oğlanları ölümə göndərməsinlər", – hərəkatın bəyanatında vurğulanıb.
Qeyd edək ki, "Vesna" Gənc Demokratik Hərəkatı 2013-cü ildə Sankt-Peterburqda "Gənc Yabloko", "Oborona" və "Solidarnost" gənclər təşkilatlarının birləşməsi nəticəsində yaradılıb.
Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.//Report
Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır