Rusiyadan İrana BÖYÜK DƏSTƏK
Moskva İranla nüvə razılaşmasında hər hansı dəyişikliyin edilməsinin qəti əleyhinədir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov İranın nüvə razılaşması ilə bağlı noyabrın sonuna Vyanada keçirilməsi nəzərdə tutulan müzakirələr haqda deyib.
O bildirib ki, nüvə razılaşmasının yenilənməsində hər tərəf maraqlı görünür:
"Ancaq razılaşma 2015-ci ildə BMT TŞ tərəfindən necə təsdiq edilibsə, o cür də yenilənməlidir. İstənilən əlavə, istənilən əksiltmə İran üçün qəbuledilməzdir. Biz də tam şəkildə bu yanaşmanı dəstəkləyirik".
Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə 6+1 (ABŞ, Böyük Britaniya, Almaniya, Çin, Fransa, Rusiya və İran) ölkələri arasında imzalanıb. 2018-ci ildə ABŞ-ın o vaxtkı Prezidenti Donald Tramp birtərəfli qaydada sazişdən çıxıb və Tehrana qarşı sərt sanksiyaları bərpa edib.
İran da mərhələli şəkildə öhdəliklərini azaldıb və nəhayət, uranın zənginləşdirilməsi səviyyəsini kəskin artırıb.

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək