Rusiyadan kasıb dövlətlərə pulsuz taxıl təklifi: Məqsəd nədir?

Rusiyadan kasıb dövlətlərə pulsuz taxıl təklifi: Məqsəd nədir?Ukrayna taxılının dünya bazarına çıxarılması üçün formalaşdırılan Taxıl dəhlizi kommersiya layihəsinə çevrilib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə səsləndirib.
Rusiya rəsmisinin dediyinə görə, hər ay dəhlizlə BMT xəttilə Afrikanın kasıb ölkələrinə çatdırmaq üçün cəmi 2 gəmi çıxırdısa, kommersiya məqsədli gəmilərin sayı 90-a çatırdı:
"Avropa İttifaqı qlobal aclıq ehtimalından danışmaqdansa, öz ərazisində toplanan Ukrayna taxılının, limanlarında qalan Rusiya gübrələrinin kasıb ölkələrə çatdırılmasını təmin etsin".
S.Lavrov bir daha bəyan edib ki, ölkədi Taxıl dəhlizinin fəaliyyətinin davam etməsi üçün hər hansı əsas görmür:
"Qara dəniz təşəbbüsü davam etməyəcəyi təqdirdə, biz kasıb ölkələrə o dəhlizlə çatdırılandan daha çox həcmdə taxılı əvəzi ödənilmədən çatdıracağıq".
Qeyd edək ki, arxada qalan mövsümdə Rusiyada rekord həcmdə taxıl toplanıb. Ötən müddətdə bu taxılın əhəmiyyətli hissəsi ixrac olunub. Bazardakı məhsul bolluğu qiymətləri aşağı saldığına görə bir sıra ixracatçılar məhsulu əlverişli şərtlər yarananadək satmamaq qərarına gəliblər. Nəticədə yeni mövsümə Rusiya böyük ehtiyatlarla daxil olur. Yeni mövsümdə də məhsulun bol olacağı gözlənildiyinə görə Rusiya əsas rəqibi olan Ukrayna taxılının dünya bazarına əsas çıxışını bağlamağa çalışır. Buna görə də Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi üçün Ukraynanın və Qərbin qəbul etməyəcəyi tələblər irəli sürür.
Lavrovun kasıb ölkələrə pulsuz taxıl verəcəklərinə dair açıqlaması kasıb Afrika ölkələrinin etirazının qarşısını almaq, eyni zamanda həmin ölkələri təsir altında saxlamaq məqsədi daşıyır. Son bir ildə Rusiya Qərbə sata bilmədiyi məhsullarına bazar tapmaq üçün Asiya və Afrika ölkələri ilə təmasları intensivləşdirib. Öz əhalisini taxılla təmin edə bilməyən kasıb Afrika ölkələrinin hökumətləri taxıl müqabilində beynəlxalq təşkilatlarda, xüsusilə də BMT-də Rusiyaya qarşı qərarların qəbulu əleyhinə səs verə bilərlər. İndiyədək Rusiya bu üsuldan dəfələrlə yararlanıb.

Siyasi       Tarix: 30 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az cəbhədən son xəbərlər 2026 xeberlər siyaseti xeberler bugun