Rusiyadan SÜRPRİZ AÇIQLAMA: Türkiyə ilə üz-üzə gəlməyəcəyik

Rusiyadan SÜRPRİZ AÇIQLAMA: Türkiyə ilə üz-üzə gəlməyəcəyik"Sentyabrın 29-da Soçidə baş tutan zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin öz qırmızı xətlərini və yeni dünya üçün "yol xəritəsi"ni cızdılar".
Publika.az "Haber 7"yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin müşaviri və ölkənin xarici siyasətini idarə edən nəzəriyyəçi Prof. Dr. Aleksandr Duqin deyib.
"Türkiyə və Rusiya artıq yeni bir yola qədəm qoydu və bu, regional dinamikadan başlayaraq bütün dünyaya təsir edəcək", - siyasətçi vurğulayıb.
Zirvə görüşünün görünməyən tərəflərindən danışan Duqin deyib: "O gün Ərdoğanla Putin dünya balansı baxımından hansı tərəfdə olacaqlarını müzakirə etdilər və qəbul etdikləri qərarı bölüşdülər. Kürd xəritəsindən Krıma, Əfqanıstandan Liviyaya, Qafqazdan Suriyaya qədər bütün sahələrə aid həyati məsələlərdə öz qırmızı xətlərini çəkdilər. Deyə bilərəm ki, İdlib başda olmaqla bir çox məsələdə razılığa gəldilər. Ancaq bu tarixi görüşdə söylənilənlərin əhəmiyyətli bir hissəsi sirr olaraq qalacaq. Yalnız sahədə nəticələrini görəcəyik".
Rusiyadan SÜRPRİZ AÇIQLAMA: Türkiyə ilə üz-üzə gəlməyəcəyikSoçidə ən ciddi qarşıdurmanın Krımla əlaqədar olduğunu qeyd edən Duqin deyib ki, Rusiyanın bu mövzuda güzəştə getmə ehtimalı azdır:
"Rusiya Krımı öz ərazisi olaraq görür. Ukrayna ilə münasibətlərimiz Türkiyənin Yunanıstanla problemləri kimidir. Bizim türk-yunan məsələsinə qarışmadığımız kimi Türkiyə də Ukrayna ilə müzakirələrdə tərəf olmamalıdır. Əgər Türkiyə Krım iddiasından əl çəkərsə, Rusiya da KKTC-ni qanuni bir dövlət olaraq tanıyacaq".
"Bundan sonra Rusiya və Türkiyə hərbi və iqtisadi baxımdan bir daha üz-üzə gəlməyəcək. Rusiya Türkiyənin "Mavi Vatan" doktrinasını dəstəkləyir. Aralıq dənizindəki gücünü artıran Türkiyənin qazma işlərində də Liviya məsələsinin həllində də həlledici rol oynayır. Bu baxımdan Rusiya Türkiyənin güclənməsini dəstəkləyir", - Putinin müşaviri vurğulayıb.
Hüseyn

Dünya     Baxılıb: 382   Tarix: 04 oktyabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

"Taliban"la Türkmənistan sərhədçiləri arasında TOQQUŞMA

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının silahlıları ilə Türkmənistan sərhədçiləri arasında atışma olub. Bu barədə Əfqanıstanın "Hasht-e subh" qəzeti yazıb. Qəze

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xəbərlər bugün şou biznes xəbərləri xəbər az valyuta