Rusiyalı məşhur bloqer saxlanıldı
Rusiyalı məşhur bloqer saxlanıldı
Rusiyalı məşhur bloqer və "Arzular Marafonu"nun (Marafona jelaniy) yaradıcısı Yelena Blinovskaya vergidən yayınmaqda şübhəli bilinərək saxlanılıb.
Rusiya İstintaq Komitəsi ona qarşı cinayət işi başladıb. O, külli miqdarda gəlirini dövlətdən gizlətdiyinə görə istintaqa cəlb olunan üçüncü (Aleksandra Mitroşina və Valeriya Çekalinadan sonra) rusiyalı bloqer olub.
Blinovskaya barəsində cinayət işinin başladılması aprelin 26-da məlum olub, o, aprelin 27-də Almatıya təyyarə bileti alıb. Lakin gecə bloqerə xəbərdarlıq edilib ki, təhlükəsizlik qüvvələri onu yola düşənə qədər Moskva hava limanında saxlamaq niyyətindədirlər. Bu səbəbdən Blinovskaya qəfil planını dəyişib, sürücüsü ilə "Maybach" çağırıb və Belarus istiqamətinə yol alıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları Blinovskayanı qabaqlayıblar - o, dövlət sərhədindən çox da uzaq olmayan Smolensk vilayətində saxlanılıb.
O, gəlirlərini aşağı qiymətləndirib, nəticədə əlavə dəyər vergisi və fiziki şəxslər üçün nəzərdə tutulan vergini ödəməyib. Bloqer maliyyə əməliyyatları edərək pul vasitələrini leqallaşdırıb.
İstintaq hesab edir ki, 2019-2021-ci illərdə o, 918 milyon rubldan çox (təxminən 19 milyon AZN) vergidən yayınıb.
2022-ci ildə Blinovskayanın sosial media izləyicilərinin sayı altı milyona çatıb.
Mənbə: Kommersant / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi