Rusiyalı politoloq: "Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa çalışır"
"Ermənistan Azərbaycanla Rusiya arasında nifaq salmağa, müharibə başlanmasına çalışır".
KONKRET.az xəbər verir ki, bunu "Report"un Rusiya bürosuna rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Darya Qrevtsova deyib.
Onun sözlərinə görə, Ermənistan öz təxribatları ilə Azərbaycan və Rusiya arasında nifaq salmağa – 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün şərtlərinə əməl olunmadığına görə rəsmi Bakının Moskvanı İrəvana kifayət qədər təzyiq göstərməkdə təqsirləndirməyə məcbur etməyə çalışır.
"Bu, iki ölkə arasında inamsızlıq mənbəyinə çevrilə və son nəticədə müharibənin başlanmasına gətirib çıxara bilər. Ermənilər də bunu – rusiyalı əsgərlərin erməni maraqları uğrunda döyüşməsini istəyir", – D.Qrevtsova bildirib.
O həmçinin qeyd edib ki, Qarabağda təxribatlar törətməklə ermənilər özləri üçün müəyyən üstünlüklər əldə etmək istəyirlər, lakin genişmiqyaslı müharibə gözləmək lazım deyil:
"Ermənilər Azərbaycan Ordusundan qorxurlar. Onlar Azərbaycanın torpaqlarını necə tez geri qaytardığını gördülər. Müharibə olarsa, ermənilər məğlub olacaq

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?