Rusiyanın Azərbaycan və Türkiyəyə təsiri getdikcə azalır - Erməni politoloq
Soçi görüşü Rusiyanın Azərbaycan və Türkiyəyə təsirinin getdikcə azaldığını göstərdi.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. O, bunu Ukrayna hadisələri ilə izah edib.
Erməni siyasətçinin fikrincə, Azərbaycanın yeganə güzəşti rus qoşunlarının mövcudluğu məsələsidir.
"Lakin bu məsələdə vaxt bəlli deyil. Moskva göstərir ki, o, əsas vasitəçi deyil və artıq postsovet məkanı ölkələrinə öz iradəsini diktə edə bilməz. İndi sual Qərbdə nəyin təklif olunacağıdır", – deyə Danielyan əlavə edib.
Politoloq qeyd edib ki, Rusiyanın vəzifəsi, öz qoşunlarının Cənubi Qafqazda qalmasını təmin etməkdir. Cənubi Qafqaz həm Şimali Qafqaz, həm də Mərkəzi Asiya baxımından Moskva üçün çox vacib regiondur.
"Bu regionda Türkiyə və Rusiya ilə yanaşı İran üçüncü əsas oyunçuya çevrilib, yaranan boşluğu Moskvanın rolunun azalması ilə doldurmağa çalışır".
Danielyan Paşinyanın Rusiyadan dərhal İrana getməsini təsadüfi adlandırıb.
"Bu, əhəmiyyətli bir addım idi. Ermənistanın ərazi bütövlüyü bu gün İranın maraqları əsasında qorunur. Amma Qərbin maraqları Moskva və Tehranın maraqları ilə ziddiyyət təşkil edir və Türkiyə, Azərbaycan və İngiltərənin maraqları ilə üst-üstə düşür. Qərb Mərkəzi Asiyaya qədər olan məkanda onun iqtisadi və geosiyasi vəzifələrini həll etməyə çalışan Türkiyə və Azərbaycanı dəstəkləyir", – deyə ekspert fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü