Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləri

Rusiyanın Badamovla bağlı qərarının gerçək səbəbləriAzərbaycan hərbçilərinin 9 May paradında iştirak üçün Moskva küçələrində məşq etməsi Prezident İlham Əliyevin Rusiyaya səfər planında dəyişikliyin olmadığı deməkdir. Əliyev Moskvada olacaq və bu səfər həm də bir sıra məsələlərin – AZAL təyyarəsinin vurulması və s. Putinlə birbaşa müzakirə imkanları yarada bilər.
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib:
Bu kontekstdə Bakı-Moskva xəttində baş verən son hadisə – deputat Azər Badamovun hava limanında saxlanılması və deport edilməsi "belə bir addım kimin marağındadır" sualını yaradır.
Badamov Rusiyanın dəvəti ilə Həştərxana gedən nümayəndə heyətinin tərkibində olub və heç bir izahat vermədən ona qarşı atılan addımın Bakıda narazılıq yaradacağı məlum idi. Belə bir narazılıq Prezident İlham Əliyevin 9 mayda planlaşdırılan Moskva səfəri öncəsi Kremlə sərfəli görünmür və Rusiyada Azərbaycanla münasibətləri "baltalamağa" çalışan qrupların "özfəaliyyəti" versiyası önə çıxır. Hərçənd, Badamova qarşı atılan addımdan Kremlin xəbərsiz olduğu ehtimalı zəifdir. Və Rusiyadan verilən açıqlama – TASS-ın "mənbəyə" istinadən yaydığı məlumat Moskvanın bu addımla nəyi hədəflədiyinə dair təxminlər yaradır.
Açıqlamada bildirilir ki, bu qərar guya Badamovun "antirusiya və rusofob xarakterli fikirləri"ndən qaynaqlanır, lakin fərdi xarakter daşıyır və Rusiyanın Azərbaycanla münasibətlərindəki strateji tərəfdaşlıq və müttəfiqlik kursuna təsir göstərmir. Əlavə olunur ki, Rusiya tərəfi dost ölkələrlə münasibətlərdə "stop-list" praktikasının tərəfdarı deyil. Azərbaycan bundan əvvəl bir neçə rusiyalı deputatın ölkəyə girişinə qadağa qoymuşdu. Sonuncu belə hal Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevlə bağlı olub. Moskva bu kimi məsələlərin diplomatik kanallar vasitəsilə həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb və mediada qarşılıqlı iddialarla vəziyyətin gərginləşdirilməsinin düzgün olmadığını bildirib.
Moskva konkret qeyd etməsə də, məlumatda Badamova qarşı qərarın Valuyevlə bağlı olduğu aydınlaşır. O da aydın olur ki, hədəf Valuyevlə bağlı qərara adekvat cavab vermək və Bakını "bu kimi məsələləri gündəmə gətirməkdən çəkindirmək"dir. Lakin Badamovla bağlı qərarın Valuyev məsələsi gündəmdə olanda yox, niyə indi – 10 gün öncə deputat Dağıstana səfər edib və heç bir qadağa ilə üzləşməyib – verilməsi maraqlıdır. Mümkündür ki, Rusiya "təklifini" Moskvada gözlənilən Putin-Əliyev görüşündə müzakirə etmək niyyətindədir və öncədən praktiki müstəvidə adekvat addım atmaqla razılaşma imkanını gücləndirir.
Hərçənd, məsələnin təkcə "stop-list" praktikasını qarşılıqlı şəkildə aradan qaldırmaqdan ibarət olduğunu demək çətindir. Moskva belə bir gediş edirsə, qarşılığında bir yox, birdən çox istəyi ola bilər, misal üçün, AZAL-ın təyyarəsi ilə bağlı ortaq məxrəcin tapılması, Bakıdakı "Rus evi"nin fəaliyyətinin bərpası və s.
"Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov da ötən həftə "Rus evi"nin bərpası ilə bağlı danışıqların davam etdiyini demiş, "məsələni hamını qane edəcək şəkildə həll etmək lazımdır" tonunda açıqlama vermişdi.
Bütün bunlar Əliyevlə Putinin mümkün görüşünün gündəmi ola bilər.

Siyasi       Tarix: 06 may 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son vəziyyət cəbhədən son məlumatlar sonxəbər son xeberler bugun 2026 muharibe