Rusiyanın BQXC-nin Qarabağdakı erməniəsillilərə göndərdiyi ərzaq maşınının Xankəndinə keçidi gecikir
Rusiyanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndinə keçidi gecikir.
"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını hələ ki Bərdə rayonunda dayanıb. TIR-ın hərəkətinin ləngiməsinə səbəb kimi bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri konstruktiv mövqeyi, həmçinin etibarlı mənbələrdən aldığımız məlumata görə, Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyinə təzyiqinin nəticəsidir.
Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"