Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi tarixi məlum oldu
Avropa İttifaqı (Aİ) bu ilin iyulunda Rusiya Federasiyasının dondurulmuş aktivlərindən qazanılmış ilk gəliri Ukraynaya verə bilər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Avropa Komissiyası fevral ayından etibarən plan hazırlayır. İlk gəlirin iyulda ödənilməsi üçün Brüssel üzv dövlətlərdən razılıq almalıdır.
Son plana əsasən, Ukrayna bu il faiz dərəcələrindən asılı olaraq 2 – 3 milyard avro alacaq. Aİ rəsmilərinin fikrincə, "Euroclear"dan alınan ümumi gəlir 2027-ci ilə qədər 20 milyard avroya çata bilər.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen vəsaitlərin hərbi dəstək üçün istifadə edilməsinə çağırıb.
Xatirə SADİQ,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək