Rusiyanın dövlət televiziyalarında Azərbaycana qarşı TƏXRİBAT

Rusiyanın dövlət televiziyalarında Azərbaycana qarşı TƏXRİBATSon günlər Rusiya dövlət televiziyalarında yayımlanan bəzi süjetlər və verilişlər Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirir. Bu materiallarda hətta Azərbaycanın suveren ərazisi olan Qarabağ uydurma "Artsax" adlandırılır, Ermənistan hökuməti isə bölgədən könüllü şəkildə çıxan ermənilərə guya lazımi yardım göstərməməkdə günahlandırılır. Halbuki beynəlxalq hüquq normalarına əsasən, Qarabağ Azərbaycanın tərkib hissəsidir, qondarma "Artsax" ölkə adı yox, terror yuvasının adı olub və burada yaşayan ermənilər də ərazimizi könüllü şəkildə tərk ediblər. Deməli, Rusiya bunu bildiyi halda, əksinə hərəkət edir. Dövlət kanalında belə sərsəm fikirlər səsləndirilsə, bu, təxribatdan başqa bir şey deyil və məqsədyönlü xarakter daşıyır.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu barədə müsahibə verib.
Deputat bildirib ki, Azərbaycan əleyhinə qərəzli və əsassız fikirlərin səsləndirilməsi, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı aqressiv və qeyri-humanist davranışı və ritorikası iki ölkə arasında münasibətlərə zərər gətirir:
"Xüsusilə zaman-zaman Rusiyanın müxtəlif media resurslarının "Stepanakert", "Dağlıq Qarabağ respublikası" və "Arstax" kimi qondarma məfhumlara yer verməsi Azərbaycanın suverenliyinə qarşı açıq təxribatdır. Rusiya TV kanalı tərəfindən Azərbaycanın Qarabağ bölgəsindən könüllü olaraq köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar guya narahatlıqların ifadə edilməsi isə absurddur. Rusiya tərəfi hətta irəli gedərək üstündən iki il keçəndən sonra Qarabağdan Ermənistana köçmüş şəxslərə humanitar yardım etməyə başlayıb. Mətbuatda ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası çərçivəsində istifadə edilən tezislərin Rusiya dövlət təmsilçiləri tərəfindən də istifadə edilməsi bu "orkestrin" arxasında Kremlin olmasını açıq şəkildə göstərir". 
"Təyyarəmizin Rusiya tərəfindən vurulması, zərərçəkən tərəflərə kompensasiyanın ödənilməməsi, hadisəni törədənlərin cəzalandırılmaması, tələb olunan şəkildə ciddi araşdırmaların aparılmaması, Azərbaycan tərəfinin məsələ ilə bağlı haqlı tələblərinə laqeyd yanaşma artıq Azərbaycanı bu məsələdə beynəlxalq mühakiməyə getməyə vadar etdi.
Bu kimi məsələlər daha çox daxili auditoriyaya hesablanır. Belə ki, süni gərginliyin yaradılması uğursuzluqları üçüncü qüvvə hesabına ört-basdır etməyə cəhdlərdir. Regionda yaranmış hazırkı reallıqla barışmaq bəzi qüvvələr üçün çətindir. Onlar anlayırlar ki, Qarabağ məsələsində ölkəmizə təsir etmək artıq mümkün olmayacaq. Bunu qəbul etmək və bərabərhüquqlu münasibətlər qurmaq lazımdır", – deyə parlamentari vurğulayıb.
Millət vəkili əlavə edib ki, İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın razılığı olmadan Xankəndidə quraşdırılması Rusiyanın "mədəniyyət" pərdəsi altında ərazidə möhkəmlənmək cəhdi idi:
"Azərbaycanın bu büstü sökməsi ölkəmizin suveren hüququdur. Ərazimizlə bağlı bütün qərarlar və hüquqlar dövlətimizə məxsusdur".

Siyasi       Tarix: 06 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı sonxabar sonxeber hava haqqinda